Türkiyə

Türkiyənin tanınmış geoloqu Celal Şengörün həbsi istənilir

17 May 2025 22:13
Baxış: 501
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Prof. Dr. Celal Şengör-ün, sosial mediada yayılan görüntülərindəki sözləri səbəbilə "Türk millətini, Türkiyə Cümhuriyyəti Dövlətini, dövlətin qurum və orqanlarını alçaltmaq" ittihamı ilə 2 ilədək həbs cəzası istənərək barəsində ittiham aktı tərtib olunub.

Beykoz Cumhuriyyət Baş Prokurorluğu tərəfindən hazırlanan ittiham aktında bildirilir ki, 20 noyabr 2024-cü ildən əvvəl, tarixi dəqiqliklə müəyyən edilməmiş bir vaxtda bir çox istifadəçi tərəfindən sosial şəbəkələrdə paylaşılan və şübhəli Şengörün göründüyü bir videoda, Türk millətinin zəka səviyyəsi ilə bağlı ifadələri səbəbilə istintaqa başlanılıb.

İttiham aktında qeyd olunub ki, 12 may tarixində Ədliyyə Nazirliyi tərəfindən Şengör barəsində rəsmi istintaq icazəsi verilib.

Şübhəlinin müdafiəsində isə, sözügedən videodakı çıxışın ona aid olduğunu və bu fikirləri əlindəki elmi sənədlərə əsasən söylədiyini, ifadələrinin təhqir məqsədilə deyil, elmi məlumatlara əsaslandığını bildirib.

Prokurorluğun sənədində qeyd olunub ki, paylaşım məzmunu, Şengörün etirafı və işin digər sübutları birgə qiymətləndirildikdə, Şengörün üzərinə atılan cinayəti törətdiyi qənaətinə gəlinib.

Nəticədə, Prof. Dr. Celal Şengör haqqında Türk Millətini, Türkiyə Cümhuriyyəti Dövlətini və onun orqanlarını alçaltmaq maddəsi üzrə 6 aydan 2 ilə qədər həbs cəzası ilə cəzalandırılması üçün məhkəməyə müraciət olunub.

Lalə Qüdrətova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.