Dünya

Tramp: Qəzzaya kömək edəcəyik

17 May 2025 22:00
Baxış: 292
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ prezidenti Donald Tramp bildirib ki, Qəzza zolağında insanlar aclıqdan əziyyət çəkir və o, bu problemi həll etmək üçün artıq addımlar atmağa başlayıb.

Milli.Az xəbər verir ki, Əbu-Dabidə "Fox News"a verdiyi açıqlamada Tramp qeyd edib:

"Üç əsas liderdən biri məndən Fələstin xalqına yardım etməyi xahiş etdi. Mən də bu işə başlamışam".

O, Qəzzanın gələcəkdə azad zona olmalı olduğunu vurğulayıb və İsrail Baş naziri Netanyahunu "çətin vəziyyətdə" adlandırıb.

Xatırladaq ki, Tramp daha əvvəl ABŞ-ın Qəzzaya sahib çıxması təklifini irəli sürmüş, bu ideya beynəlxalq aləmdə dəstək tapmamışdı.

Asya
Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.