Faydalı kimi təqdim edilən 4 zərərli MƏHSUL
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ultra emal olunmuş qidalar haqqında düşünəndə ağlımıza ilk olaraq çips, qazlı içkilər, şirniyyatlar və ya sosislər gəlir. Lakin əslində bu siyahı daha genişdir və bəzən "sağlam" hesab etdiyimiz məhsullar belə bu kateqoriyaya daxil olur.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, braziliyalı alimlər tərəfindən hazırlanmış NOVA təsnifatı qidaları onların emal dərəcəsinə görə qruplaşdırır. Bu təsnifatda dördüncü kateqoriya tamamilə ultra emal olunmuş məhsulları əhatə edir.
Burada tərkibində emulqatorlar, dad gücləndiriciləri, konservantlar, şirinləşdiricilər, rəngləndiricilər və aromatizatorlar olan məhsullar əsas götürülür. Əslində sağlam görünən, lakin sizi təəccübləndirə biləcək 4 belə məhsulu təqdim edirik:
Meyvəli yoğurt
Zərərsiz görünə bilər - axı bu, süd məhsuludur! Ancaq tərkibinə diqqət yetirsək, şəkər, süni dadvericilər, rəngləndiricilər və stabilizatorlarla zəngin olduğunu görərik. Bu əlavələr yoğurtu artıq təbii məhsul kateqoriyasından çıxarır.
Supermarket çörəkləri
Hətta "tam taxıllı" adı ilə satılan çörəklər belə adətən emulqatorlar, konservantlar və şəkər ehtiva edir. Evdə hazırlanan sadə çörək - yəni un, su, duz və maya ilə hazırlanan versiya ilə müqayisədə, mağaza çörəyi klassik ultra emal olunmuş məhsuldur.
Tez hazırlanabilən sıyıqlar
Yulaf sıyığı sağlam hesab olunsa da, içindəki şərbət, vanil dadvericisi, şəkər, süni şirinləşdiricilər və lopalanmaq əleyhinə əlavələr onu "bir dəqiqəlik qida"dan çox, kimyəvi qarışığa çevirir.
Zənginləşdirilmiş protein batoncıqları
"Fitnes qidası" kimi tanıdılan bu batoncıqlar əslində çətin tələffüz olunan inqrediyentlər siyahısı ilə doludur. Şirinləşdiricilər, sintetik liflər, dadvericilər - bunların hamısı məhsulun teksturası, dadı və saxlama müddəti üçün əlavə olunur.
Qablaşdırmaların üzərindəki "fitnes", "tam taxıllı", "təbii" kimi ifadələr həmişə məhsulun sağlam olduğunu göstərmir. Ona görə də alış-veriş edərkən yalnız görüntüyə deyil, tərkibə də diqqət yetirmək vacibdir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Aslan Fətullayev vəfat etdi - (Foto)
-
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir
-
Görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq
-
Qubada 30 yaşlı kişi dəm qazından boğularaq öldü
-
Hava şəraiti ilə bağlı xəbərdarlıq
-
İrana hücum üçün hər gün Trampa zəng edir
-
Ceyhun Bayramov Serbiya səfirinə "Dostluq" ordenini təqdim edib
-
Azərbaycanda 9 gün iş olmayacaq
-
“Real Madrid”in sabiq hücumçusu İspaniya klubunu çalışdıracaq
-
Yasən Məmmədov vəfat etdi
-
Zelenski bu gün Danimarkaya səfər edəcək
-
Bankların kredit qərarlarında yeni qayda qüvvəyə mindi
-
Azərbaycan XİN Polşanın Krakov şəhərində baş verən atışma ilə bağlı başsağlığı verib
-
Ayın 11-də intensiv yağış yağacaq - Proqnoz
-
BDYP sürücülərə müraciət etdi
-
Hava ilə bağlı son məlumat
-
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb
-
Bakıda məşhur xəstəxana bağlanır
-
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
-
5 günlük tətil başlayır - Tarixlər açıqlandı
-
Dənizkənarı Milli Park ərazisində batan şəxs xilas edilib - (Video)
-
Qazaxda avtomobil yandı
-
Xankəndi stadionunda keçiriləcək ilk rəsmi oyun bu tarixdə olacaq
-
İşsizlikdən sığorta ilə bağlı yeni qayda təklif edildi





