Dünya

Pezeşkian: "Tramp bir tərəfdən sülhdən danışır, digər tərəfdən hədə-qorxu gəlir"

17 May 2025 21:51
Baxış: 384
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Prezidenti Donald Trampın güc tətbiq etmək təhdidlərinə baxmayaraq, İran Vaşinqtonla danışıqları davam etdirməyə hazırdır.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian Hərbi Dəniz Qüvvələrinin rəhbər heyəti ilə görüşü zamanı bildirib.

O bununla yanaşı, ölkəsinin dinc atom enerjisini inkişaf etdirmək hüququndan heç vaxt imtina etməyəcəyini vurğulayıb.

"Bir tərəfdən Tramp regionda sülhdən danışır, digər tərəfdən isə bizə hədə-qorxu gəlir və deyir ki, onun görünməmiş zorakılıq alətləri var. Biz hansı sözlərinə inanaq - sülh çağırışlarına, yoxsa məhv və zorakılıq təhdidlərinə? Biz müharibə istəmirik, lakin təhdidlərdən də qorxmuruq," - deyə dövlət başçısı bəyan edib.

İran lideri əlavə edib ki, ölkə danışıqlara açıqdır, lakin hərbi, elmi və nüvə sahələrində əldə edilmiş nailiyyətlərdən heç vaxt geri çəkilməyəcək.

"Biz düşmənin təhdidlərinə və təhqirlərinə boyun əyməyəcəyik. Biz demək istəyirik ki, öz mövqeyimizi qorumaq gücünə malikik," - deyə o, vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.