İranın Ali Lideri Əli Xamenei ABŞ Prezidenti Donald Trampı yalan danışmaqda ittiham edib.
"Azad İran" "Telegram" kanalının yaydığı məlumata görə, bu barədə o, ölkədəki bir qrup müəllimlə keçirdiyi görüşdə çıxış zamanı bəyan edib.
Xamenei Trampın son günlərdə ərəb ölkələrinə səfəri zamanı verdiyi bəyanatlara toxunaraq onların cavab verilməyə belə layiq olmadığını vurğulayıb.
"Trampın nitqinin səviyyəsi o qədər aşağıdır ki, bu, onun özü üçün biabırçılıq, ABŞ xalqı üçün isə utancverici bir haldır. O, guya gücdən sülh yaratmaq üçün istifadə etmək istədiyini deyib, lakin o yalan danışıb. Sülh yaratmaq üçün onlar nə vaxt gücdən istifadə ediblər?" - deyə Xamenei bildirib.
İranın ali rəhbəri əlavə edib ki, gücdən yalnız sülh və təhlükəsizliyin təmin olunması məqsədilə istifadə edilə bilər.
Milli.Az