Cəmiyyət

Bakıda möhtəşəm Gənclər Festivalı keçirildi - FOTO

27 İyun 2016 21:18
Baxış: 2 150
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

IB Club Gənclər Mərkəzivə Neftçi Peşəkar Futbol klubu tərəfindən Bakcell Arenada həyata keçirilən IB Gənclər Festivalı uğurla sonlandırılmışdır.Festival gənclər tərəfindən gözlənilən marağı cəlb edə bilmiş və 11000-dən çox gənc Festivalın iştirakçısı olmuşdur.İki hissədən ibarət Festivalda 11001 gənc əvvəlcə Arena ətrafında müxtəlif əyləncəli və intellektual aktivliklərə və oyunlara qoşulmuş, müxtəlif şirkətlərin qurduğu stendlərlə tanış olmuş, şirkətlərin təklif etdiyi endirimli təkliflərdən Festival daxilindəcə istifadə etmişdilər, həmçinin Arena ətrafında gənclər DJ-lərin, müxtəlif musiqi qruplarının ifaları fonunda əylənə biliblər.

Festivalın ikinci hissəsi isə Bakcell Arena daxilində davam etmişdir.Arena daxilində Festival iştirakçları çoxsaylı məşhurların çıxışları ilə tanış olmuş, tanınmış müğənnilərin ifalarını dinləmiş və coşğulu musiqilər fonunda arenanın zövqünü yaşamağa çalışmışlar.Eyni zamanda 11001 gənc bir yerdə Festivalın himnini səsləndiriblər.Festivalın məşhur qonaqları sırasında Bəhram Bağırzadə, Günay İbrahimli, Sevda Yəhyayeva, DJ Çingiz Mustafayev, İlham Zəkiyev, müğənni Rauf, Elnur Məmmədov, Natavan Həbibi və ölkənin digər məşhur simaları olmuşdur.Festivalın aparıcıları qismində Murad Arif və Hüsniyyə Məhərrəmova iştirak etmişdir.

Qeyd edək ki, IB Gənclər festivalına təşkilati dəstəyi Yeni Azərbaycan Partiyası Gənclər Birliyi və Asan Könüllüləri Təşkilatı göstərmişdir.Bundan əlavə Festivalda icraçı tərəfdaş qismində Gravty İnc., dizayn tərəfdaşı kimi isə BrandUp rəqəmsal agentliyi təmsli olunmuşdur.

Festivalın əsas təşkilatçısı, ölkənin ən böyük gənclər mərkəzi olan IB Club Gənclərin İnkişaf Mərkəzi 2010-cu ildən etibarən fəaliyyət göstərir və artıq 12000-ə yaxın üzvü mövcuddur.

Informasiya dəstəyi - Trend.az, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.