Cəmiyyət

Qobustan həbsxanasının sabiq rəisi barəsində cinayət işi başlandı

6 Aprel 2011 18:30
Baxış: 323
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ədliyyə Nazirliyindəki mənbədən Trend-ə verilən məlumata görə, sabiq rəis Kazım Abdullayevlə bağlı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə şikayət daxil olub. Həmin şikayət əsasında onun barəsində cinayət işi başlanıb, istintaq aparılır.

Mənbə Kazım Abdullayev barəsində həbs qətimkan tədbirinin seçilmədiyini bildirib. İstintaq zamanı sabiq rəisin korrupsiya cinayətində təqsiri sübuta yetirilərsə, barəsində ittiham elan olunaraq həbs ediləcək.

Hüquq-mühafizə orqanlarındakı digər etibarlı mənbə bildirib ki, həbsxananın bir neçə əməkdaşı ilə bağlı Korrupsiyaya Qarşı Mübarizə İdarəsində mənimsəmə faktı üzrə cinayət işi başlanıb.

Məlumata görə, həbsxana əməkdaşları məhkumlar üçün ayrılmış ərzaq məhsullarının mənimsənilməsində ittiham olunurlar.

Milli.Az

Uyğun link:

Qobustan həbsxanasının rəisi tutduğu vəzifədən kənarlaşdırılıb
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.