Cəmiyyət

8 marta görə pul yığan direktor işdən çıxarılacaq

3 Mart 2010 13:22
Baxış: 247
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında belə deyib.

Nazirin sözlərinə görə, artıq onlara bəzi məktəblərdən bununla bağlı müəyyən məlumatlar daxil olur.

Misir Mərdanov əlavə edib ki, "məktəb direktoru bu işlərlə məşğul olarsa, belə hallar aşkarlanarsa, onlar vəzifədən azad olunacaq və müxtəlif intizam tədbirləri görüləcək. Heç kəsin belə bir addım atmağa ixtiyarı yoxdur, xüsusilə də müəllimlərin".

Nazir ötən il "müəllimlər günü" ərəfəsində də belə faktlar aşkarlandığını və bu işlə məşğul olan şəxslər barəsində müvafiq tədbirlər görüldüyünü açıqlayıb.

/APA/
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.