O zaman ki, insan ölüm anında olar, canı bədənindən çıxmaq istəyər, şeytan (lən) öz yoldaşları ilə bir yerdə başının üstünə gələr. Çalışar ki, müxtəlif hiylələrlə imanını aradan aparsın. Bu, can verən insan üçün ən ağır anlardır. (Tebyan)
Milli.Az deyerler.org-a istinadən bildirir ki, İmam Sadiq (ə) buyurur: "Elə bir insan yoxdur ki, şeytan ölüm anında məmurlarının biri ilə yanında hazır olmasın ki, onu vəsvəsə etsin. Dinini şəkkə salsın və onu küfrə çəksin. Bu vəsvəsə o zamana qədər davam edər ki, ruhu bədənindən xaric olar. Əgər can verənin imanı zəif olarsa, şeytan asanlıqla onu ondan alar, dünyadan kafir gedər. Əgər can verən həqiqi mömin olarsa, şeytan ona qələbə çala bilməz. Dinini və imanını ala bilməz".
Həzrət (ə) başqa yerdə buyurur: "Nə zaman can verən insanın yanına getsəniz, ona şəhadətləri təlqin edin ki, şeytanın ona ələ çatmasın".
Başqa hədisdə oxuyuruq: "O zaman ki, insan ölüm anında olar, şeytan dostları ilə onun yanına gələrlər. Sağ və sol tərəfində əyləşərlər. Deyərlər: "Dinini burax və de ki, Allah iki dənədir. Bu yolla sənə üz verən bəladan nicat taparsan"".
"İnsan ölüm anında çox susuz olar. Şeytan da bu fürsətdən imanını almaq üçün istifadə edər. Sərin su ilə dolu qabı əlində tutar və insanın yanında əyləşər. Qabı hərəkət etdirər. Can verən də şeytanı tanımadığına görə deyər: "Bu sudan bir qədər mənə ver ki, içim". Şeytan cavabında deyər: "Əgər su içmək istəyirsənsə, de ki, dünyada Allah mövcud deyildir". Əgər cavabını verməsə, üzünü çevirər. Şeytan hər tərəfdən zahir olar və həmin qabı hərəkət etdirər. Mömin şəxs yenə su istəyər. Şeytan deyər: "Əgər su içmək istəyirsənsə de Muhəmməd (s) mənim peyğəmbərim deyildir". Əgər onun imanı zəifdirsə bu cümləni deyər. Bu yolla da imanını şeytana verər, dünyadan kafir gedər. Bu zaman o məlun suyu yerə tökər və qabı sındırıb deyər: "Mən öz işimi gördüm və sənə ehtiyacım yoxdur". Ancaq əgər imanı möhkəm və sabit olarsa, şeytanın sözünü rədd edər. Ona diqqət etməz".
Əgər insan istəyirsə ki, imanı şeytanın əlinə düşməsin, gərək din alimlərinin tövsiyə etdiyi əməlləri yerinə yetirsin. Misal üçün, gecə namazında Allahdan istəsin ki, imanını kamil etsin, şeytanı ondan uzaq etsin və ona verdiyi nemətə görə şükür etsin. Güzəştli olsun və Allah bəndələrinə zülm etməsin. Ədilə duasını çox oxusun. Məsumlara (ə) olan etiqadını möhkəm etsin. Namazlarını zay etməsin.
Can verən insanın yaxınları həmin şəxsin yanında Quran oxumalıdırlar və ona şəhadətləri təlqin etməlidirlər.
İmam Sadiq (ə) buyurur: "O kəs ki, namazlarını qoruyar və onların şərtlərini ilə yerinə yetirər o zaman ki, şeytan imanını almaq üçün gələr, Ölüm mələyi o məlunu qovar. Şəhadətləri o şəxsə təlqin edər".
İmam Sadiq (ə) başqa yerdə buyurur: "Şeytan mümkündür ki, insanın atası və ya babası simasında gəlsin və desin: "Məzhəbindən və imanından əl çək. Çünki mən də bu dində idim və indi mənə buna görə əzab verirlər"".
İmam Sadiq (ə) buyurur: "Ölülərinizi heç bir zaman tək qoymayın. Çünki şeytan onunla oyun oynayar. Daxillərinə ziyan vurar".
Milli.Az
Cəmiyyət
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Ölüm anında şeytanın hiyləsi
16 Aprel 2016 23:45
34 Şərh
Baxış: 11 455

DİGƏR XƏBƏRLƏR
-
Günün qoroskopu: Gəlir əldə etmək şansı var
-
Bu bitki evin temperaturunu 4 dərəcə aşağı salır
-
Kirayə mənzillərə gizli kameralar qoyulur - AÇIQLAMA
-
Yeni Klinikanın direktoru orqanlarını bağışladı
-
Bu mobil operator şirkətinə yeni direktor təyin olundu - FOTO
-
Kənd təsərrüfatı nazirinə yeni müşavir təyin edildi
XƏBƏR LENTİ
-
İstirahət günü Bakıda 39 dərəcə isti olacaq
-
27 yaşlı gəlini əri öldürübmüş - Kamp qurarkən yaxalandı - FOTOlar
-
Azərbaycan qazının Suriyaya ixracına başlanıldı - YENİLƏNİB - FOTO
-
Bu gün burada baş verən hadisə birgə işin, birgə nəticənin aydın nümunəsidir - Nazir
-
BDYPİ səhhətində ciddi problemlər olan sürücülərə müraciət etdi
-
Tanınmış aktrisamız vəfat etdi - FOTO
-
Hər gün şokolad yemək sağlamlığa zərərdirmi, yoxsa faydalıdır?
-
Əyləncə mərkəzində atışma: Aktrisanın keçmiş əri yaralandı - VİDEO - FOTOlar
-
Azərbaycan-İran sərhədində insdent - 6 kq marixuana aşkarlandı - FOTO
-
Zelenski Putinə danışıqlar təklif etdi
-
Yaxın Şərqin səma qambiti: İsrailin üstünlük dövrü başa çatır?
-
Ukrayna Aİ-yə üzv olmaq üçün eynicinsli nikahları tanımalıdır
-
Bu gün 41 dərəcə isti GÖZLƏNİLİR
-
Maykl Ceksonun qızı “mükəmməl kişi” dediyi nişanlısından ayrıldı - FOTO
-
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs edildi
-
Daha bir ölkədə güclü zəlzələ oldu
-
Bu şənbə dörd bürcü uğur dalğası bürüyəcək: Onlardan biri sən ola bilərsənmi?
-
"Tramp ölkəni qaranlıq bir dövrə sürükləyir" - Bayden
-
Azərbaycan qazı Ukraynada: Trans-Balkan marşrutu ilə yeni enerji xəritəsi
-
Qatığın içinə 1 qaşıq əlavə edib yeyin - Şişkinliyi kökündən yox edir
-
Keçmiş prezidentə 12 il ev dustaqlığı cəzası verildi
-
Səhər oyana bilməyənlər bunu etsin
-
Saç niyə tökülür və keçəlliyə çarə varmı? - Mütəxəssislər izah edir
-
40 dərəcə istidə niyə çay içirik?