Cəmiyyət

KamAZ çaya düşdü, 2 nəfər boğuldu - FOTO

29 Mart 2016 22:54
1 Şərh     Baxış: 1 724
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün axşam saat 21 radələrində Ələt-Astara avtomobil yolunun Salyan şəhərindən keçən 57-ci km-də ağır yol nəqliyyat hadisəsi baş verib.

Milli.Az virtualaz.org -a istinadən bildirir ki, Bakı istiqamətində hərəkətdə olan 10-MP-867 dövlət nömrə nişanlı KamAZ markalı avtomaşın qəfl idarəetməni itirərək Akquşa çayına düşüb.

Yük maşını sudan çıxarılsa da, avtomaşında olan sürücü və sərnişin tapılmayıb. İlkin araşdırma nəticəsində məlum olub ki, qəzaya uğramış KamAZ" Qobustan sakini tərəfindən idarə olunub.

Hazırda FHN əməkdaşları qəza zamanı suda batmış sürücü və sərnişinin axtarışlarına başlayıblar.
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.