Təəssübkeşliyin tərifində deyə bilərik ki, batini nəfsin əxlaqlarındandır ki, onun sayəsində qohumları və yaxınları müdafiə edərsən.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, təəssübkeşlik dini, məzhəbi, vətənə, suya, torpağa görə ola bilər.
Ona görə də deyə bilərik ki, təəssübkeşlik - müdafiə etmək, himayə etmək mənasındadır. Təəssübkeşlik iki cür ola bilər: məzəmmət olunan, bəyənilməyən təəssübkeşlik və bəyənilən, mədh edilən təəssübkeşlik. (Tebyan)
Məzəmmət olunan təəssübkeşlik
Əgər insanın ətrafında olanları himayə etməsi o həddə olar ki, onu həqiqətləri dərk etməkdən uzaqlaşdırar və insanın bu işdəki tək meyarı nəfsi istəkləri olar - Quran onu cahil təəssübkeşlik adlandırar. "(Yada sal) o zaman(ı) ki, kafirlər öz qəlblərində cahiliyyət qəzəb və təəssübü yerləşdirdilər (və Hüdeybiyyədə Peyğəmbərin və onun səhabələrinin Məkkəyə daxil olmalarının qarşısının alınması müqaviləsini imzaladılar)". ("Fəth" 26).
Belə bir təəssübkeşliyin yükü - mənfidir və təkəbbür, tərslik, məntiqsiz bağlılıq kimi fəsadlara səbəb olar. İslam dini bu cür təəssübkeşliyi məzəmmət edir və bəyənmir. Həzrət Peyğəmbər (s) onu cahiliyyət dövrünün əlamətlərindən hesab edir. Həzrət (s) buyurur:"Hər kimin ürəyində xardal qədər təəssüb olarsa, Allah Qiyamət günü onu cahil ərəblərlə məhşur edər".
Həzrət (s) başqa yerdə buyurur: "Hər kim insanları təəssübkeşliyə dəvət edər - bizdən deyildir. Hər kim təəssübkeşliyə görə vuruşar - bizdən deyildir".
Bəyənilən təəssübkeşlik
Təəssübkeşlik o zaman müsbət olar ki, dinin həyati göstərişlərini himayə edər. Hər kim dininin üsuli mövzularını inkar edərsə, müsəlman dinini müdafiə etməlidir.
Dini təəssübkeşlik ağıldan bəhrələnərək, düzgün zamanda və cəmiyyəti tanıyaraq olarsa - daha yaxşı nəticələr verər. İmam Hüseynin (ə) qiyamı da bu cür müsbət yükə malik qiyamlardan idi. İmam (ə) düşmənlərini dəfələrlə dini qeyrətə dəvət edirdi. Həzrət (ə) Kərbəlada buyurur: "Məgər görmürsünüz ki, haqqa əməl olunmur?! Batildən qadağan edilmir?! İzzətli ölüm - cavidan həyatdır. Zillətli həyat ölümdən başqası deyildir".
İmam Əli (ə) buyurur ki, təəssübkeşlik gərək bəyənilən və yaxşı işlərdə olsun.
Beləliklə deyə bilərik ki, məzəmmət olunan təəssübkeşlikdən xilas olmaq üçün ədalət ruhiyyəsini gücləndirmək lazımdır. İmam Əli (ə) buyurur: "Dost və düşmənlə ədalətli ol".
İmam Sadiq (ə) buyurur: "Mömin - o kəsdir ki, qəzəblənərsə, qəzəbi onu haqq yolundan çıxartmaz. Əgər kimdənsə və ya nədənsə razı olarsa, razılığı onu batilə çəkməz".
Milli.Az