Cəmiyyət

Fədakarlığın ədəbi nədir?

20 Fevral 2016 20:55
1 Şərh     Baxış: 10 769
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fədakarlıq - başqasını özündən üstün bilmək, onların işini öz işindən əvvəllə salmaq və başqasına lazım olan qüvvəti verməkdir. 
Milli.Az deyerler.org-a istinadən bildirir ki, fdakarlığın ədəbi vardır ki, onlara nəzər salaraq, bu nəcib xüsusiyyəti həyata keçirtməyə çalışaq.
 
1. Gözləntisiz fədakarlıq etmək. Fədakarlıq edən insan qarşı tərəfdən heç bir muzd və ya mükafat gözləmədən bu işi görər. Hətta ona təşəkkür edilməsini belə gözləməz. Çünki bu insan Allahın razılığını qazanmaq üçün fədakarlıq edir. "(Onlar həm dildə, həm də qəlbdə deyərlər:) "Biz sizə Allah rizası üçün yemək veririk. Biz sizdən hər hansı bir mükafat və təşəkkür istəmirik"". ("İnsan" 9).
 
2. Fədakarlığın məqamı. Fədakarlıq gərək Allaha itaət və möminlərin ehtiyaclarını aradan qaldırmaq yolunda olsun. Əks halda fədakarlıq olmaz. İmam Əli (ə) bu barədə buyurur: "İnsanlarla rabitədə insaflı olun, möminlərlə fədakarcasına rəftar edin".
 
3. Fədakarlıq etidal olmalıdır. İslam dini öz davamçılarını daima mötədilliyə riayət etməyə dəvət etmişdir və bu işə əmr etmişdir. Etidal elə bir qanundur ki, həyatın hər bir sahəsində riayət olunmalıdır. İstər fərdi olsun, istər ictiamai, istər dünya və axirət işlərində. Həmçinin müsəlman fədakarlıq edən zaman da etidala riayət etməlidir və bu işi ilə ailəsinə və ətrafındakılara zərər vurmamalıdır.
 
4. Fədakarlığın həyata keçmək şərti. İnsan o zaman fədakarlıq etməyə müvəffəq olar ki:
a) Nəfsinə kamil şəkildə hakim olsun. O zaman başqalarını özündən üstün hesab edə bilər.
b) Dünya işlərinə olan bağlılığını azaltsın və kəssin.
c) Quran və hədislərdə fədakarlıq üçün bəyan edilən savablar və əcrlə tanış olsun.
d) Həqiqi fədakarlar olan Peyğəmbəri (s), Məsum İmamları (ə), xüsusilə də İmam Əlini (ə) özü üçün örnək qərar versin. 
 Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.