Azərbaycanda 100 ildən çox su altında qalan tikililər, nəqliyyat vasitələri və tarixi əşyalar mədəni irs nümunələri sayılacaq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Nazirlər Kabineti "Azərbaycan Respublikasının ərazi sularında sualtı mədəni sərvətlərin sualtı mədəni irs nümunələrinə aid edilməsi Qaydası" və "Sualtı mədəni irs nümunələrindən istifadə Qaydası"nı təsdiq edib.
Milli.Az APA-ya istinadən xəbər verir ki, "Azərbaycan Respublikasının ərazi sularında sualtı mədəni sərvətlərin sualtı mədəni irs nümunələrinə aid edilməsi Qaydası"na əsasən sualtı mədəni irs nümunələrinə öz təbii və arxeoloji mühiti ilə birgə 100 ildən çox suyun altında qalan aşağıdakı mədəni sərvətlər aiddir:
- obyektlər, tikililər və onların qalıqları, artefaktlar və paleontoloji qalıqlar;
- gəmilər, uçuş və nəqliyyat vasitələri və ya onların hissələri, yükü və içərisindəki digər əşyalar;
- qədim tarixi əşyalar.
Suyun dibi ilə çəkilmiş kabellər, boru kəmərləri sualtı mədəni sərvətlərin sualtı mədəni irs nümunələrinə aid edilmir. Azərbaycan Respublikasının ərazi sularında sualtı mədəni sərvətlərin sualtı mədəni irs nümunələrinə aid edilməsi Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ekspertiza yolu ilə müəyyən edilir. Sualtı mədəni sərvətlərin mühafizə olunan mədəni sərvətlərin siyahısına daxil edilməsi daşınmaz mədəni sərvətlər üzrə Nazirlər Kabineti, digər mədəni sərvətlər üzrə isə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata keçirilir. Mühafizə olunan mədəni sərvətlərin siyahısına daxil edilmiş sualtı mədəni sərvətlərin hər birinə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən şəhadətnamə verilir. 8. Mühafizə dərəcəsi olan sualtı mədəni irs nümunələrinin istifadəçisinin Mədəniyyət və Turizm Nazirliyinin Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə münasibətləri mühafizə müqaviləsi ilə müəyyən olunur.
Sualtı mədəni irs nümunələrindən istifadə Qaydası"na əsasən sualtı mədəni irs nümunələri Nazirlər Kabinetinin bu qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazi sularında sualtı mədəni sərvətlərin sualtı mədəni irs nümunələrinə aid edilməsi Qaydası"na uyğun olaraq müəyyən edilir. Sualtı mədəni irs nümunələri Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına və mədəni sərvətlərin mühafizə siyahısına daxil edildikdən sonra onların qorunması, bərpası və istifadəsi həyata keçirilir. Dövlət sualtı mədəni irs nümunələrindən turizm, elm və təhsil məqsədləri üçün istifadəyə şərait yaradır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Galendewagen”lə insident törədən sürücüyə cəza verildi
-
Dənizkənarı istirahət mərkəzləri soyuq havalara görə boş qalıb
-
Ölkədə sosial şəbəkələrdə yaş yoxlaması sərtləşdirilir
-
“Fundament möhkəm olmalıdır” - Emin Əmrullayev
-
Birbank-dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
-
Bayram günlərində qatarlar şənbə-bazar qrafiki ilə işləyəcək
XƏBƏR LENTİ
-
Köp yaratmayan möhtəşəm ləzzət: Qlütensiz ispanaqlı börək resepti
-
Qatıqlı qəhvəni yoxlamağa dəyərmi?
-
80 illik yubileyinə bunu hədiyyə istəyir
-
Evini göstərdi: “Hekayəmin başladığı yer” - FOTO
-
Araz Nəsirov vəzifəsindən azad olundu
-
Günün qoroskopu: Meditasiya, dua və ya sakit istirahət yaxşı təsir edəcək
-
“Qalatasaray” 50 milyonluq transfer üçün hərəkətə keçdi
-
"İnternlər"in aktrisası vəfat etdi
-
Azərbaycanda hələ də böyük həcmdə neft-qaz ehtiyatları var - Mikayıl Cabbarov
-
Restoranlarda yeni dövr başlayır: Masalarda artıq bunlar olmayacaq
-
Qarabağda və Şərqi Zəngəzurda güzəştlərin müddətinin uzadılması nəzərdən keçirilir - nazir
-
Gəncədə kütləvi dava - Yaralılar var
-
Gədəbəyə dolu düşüb
-
Azərbaycanla Avstriya arasında ilk konsulluq məsləhətləşmələri keçirilib - FOTO
-
İşsizlikdən gileylənir: “Müraciət etdim, xeyri yoxdur”
-
Messi 1957-ci ilin rekordunu təzələdi
-
Barza Collection və MoMA Baku-nun dəstəyi ilə rəssam Tural Möyüfovun ilk fərdi sərgisi – “HÜDUD” təqdim olundu - FOTO
-
“Real”da Vinisius böhranı
-
Pezeşkiandan Trampa cavab: İran hər cür təhdid qarşısında qətiyyətlə dayanacaq
-
Azovda həlak olmuş 4 vətəndaşımızın nəşi ölkəyə gətirilib
-
Milli Gimnastika Arenasında Azərbaycan çempionatı keçirilib - FOTO
-
"Bakımənzilkommunlayihə" Layihə İnstitutu ləğv edilir
-
“Galendewagen”lə insident törədən sürücüyə cəza verildi
-
Yasamalda obyektdə baş verən yanğın söndürülüb - YENİLƏNİB - VİDEO





