Milli Gimnastika Arenasında Azərbaycan çempionatı keçirilib - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
10 iyun tarixində Milli Gimnastika Arenasında batut gimnastikası üzrə 10-cu, tamblinq üzrə isə 22-ci ölkə çempionatı uğurla baş tutub. Yarışda Bakı Gimnastika Məktəbi və "Ocaq Sport" Klubunu təmsil edən ümumilikdə 50-yə yaxın idmançı qüvvəsini sınayıb.
Milli.Az xəbər verir ki, çempionatda gimnastlar yeniyetmələr, gənclər və böyüklər olmaqla müxtəlif yaş kateqoriyalarında mübarizə aparıblar. İştirakçılar batut gimnastikası üzrə fərdi və sinxron proqramlarda, tamblinq üzrə isə fərdi proqramlarda çıxış edərək hazırlıq səviyyələrini nümayiş etdiriblər.
Yarış zamanı idmançılar texniki elementlərin dəqiq icrası, yüksək koordinasiya bacarıqları, çeviklik və ustalıqları ilə seçiliblər. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən çempionatda gimnastlar birincilik uğrunda yarışıblar.
Yarışda batut gimnastikası üzrə Dünya çempionatının sinxron proqramında bürünc medalçısı, Paris-2024 Yay Olimpiya Oyunlarının iştirakçısı Selcan Mahsudova və Dünya çempionatının sinxron proqramında bürünc medalçısı, III MDB Oyunlarının qızıl medalçısı Maqsud Mahsudov, tamblinq üzrə ikiqat Dünya çempionu, Dünya Oyunlarının gümüş medalçısı, Avropa çempionu və Avropa çempionatının ikiqat gümüş medalçısı Tofiq Əliyev, üçqat Dünya çempionu, Avropa çempionu, Avropa çempionatının gümüş medalçısı Mixail Malkin, eləcə də ikiqat Dünya çempionu, Avropa çempionu, Avropa çempionatının gümüş medalçısı Adil Hacızadə də iştirak edib. Batut gimnastikası üzrə qadınların fərdi proqramında Selcan Mahsudova, kişilərin fərdi proqramında isə Maqsud Mahsudov qızıl medal qazanıb.
Tamblinq üzrə yarışda Tofiq Əliyev qızıl, Mixail Malkin gümüş, Adil Hacızadə isə bürünc medalın sahibi olub.
Çempionatın əsas məqsədi gənc və perspektivli idmançıların üzə çıxarılması, onların yarış təcrübəsinin artırılması, milli komanda üçün ehtiyat qüvvənin formalaşdırılması, eləcə də ölkədə batut gimnastikası və tamblinq növlərinin inkişafına dəstək göstərmək olub.
Yekun nəticələrə əsasən, Bakı Gimnastika Məktəbinin yetirmələri yüksək nəticələr əldə edərək müxtəlif yaş kateqoriyalarında və proqramlarda mükafatçılar sırasında yer alıblar.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
İşsizlikdən gileylənir: “Müraciət etdim, xeyri yoxdur”
-
Messi 1957-ci ilin rekordunu təzələdi
-
Barza Collection və MoMA Baku-nun dəstəyi ilə rəssam Tural Möyüfovun ilk fərdi sərgisi – “HÜDUD” təqdim olundu - FOTO
-
“Real”da Vinisius böhranı
-
Pezeşkiandan Trampa cavab: İran hər cür təhdid qarşısında qətiyyətlə dayanacaq
-
Azovda həlak olmuş 4 vətəndaşımızın nəşi ölkəyə gətirilib
-
Milli Gimnastika Arenasında Azərbaycan çempionatı keçirilib - FOTO
-
"Bakımənzilkommunlayihə" Layihə İnstitutu ləğv edilir
-
“Galendewagen”lə insident törədən sürücüyə cəza verildi
-
Yasamalda obyektdə baş verən yanğın söndürülüb - YENİLƏNİB - VİDEO
-
Tramp: Bu gün ABŞ İrana çox güclü zərbə endirəcək
-
“Turan Tovuz”dan getdi - FOTO
-
Vətəndaş müraciətləri ilə bağlı kargüzarlığın aparılması qaydasında dəyişiklik edilib
-
Ərdoğan CHP-ni sərt tənqit etdi
-
FİFA DÇ-dən 6 milyarddan çox gəlir əldə edəcək
-
Dənizkənarı istirahət mərkəzləri soyuq havalara görə boş qalıb
-
Xalq artistləri efirdə ağladılar
-
Bakıda orqan alveri - Əmrah Əliyev və tibb qardaşı həbs edildi
-
DTX tərəfindən saxlanılan Saleh Səmədovdan xəbər var
-
“Mançester Yunayted” 6 futbolçu ilə vidalaşdı - Rəsmi
-
Bakıda “Force of Love” 2026 yay festivalı keçirilib - FOTO
-
Ramiz Mehdiyevlə bağlı yeni qərar
-
Bakıda piyada son anda ölümdən döndü - ANBAAN VİDEO
-
Albaniya Respublikasının Prezidenti İlham Əliyevə məktub göndərib





