Vətəndaş müraciətləri ilə bağlı kargüzarlığın aparılması qaydasında dəyişiklik edilib
Prezident İlham Əliyevin imzaladığı Fərmanla "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununda, həmçinin "Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası"nda dəyişiklik edilib.
Milli.Az xəbər verir ki, fərmana əsasən, elektron müraciətlərə təşkilatlar tərəfindən, müraciət edən şəxsin seçimi əsasında, elektron və ya poçt ünvanı, yaxud Elektron Hökumət İnformasiya Sistemi (bundan sonra - EHİS) vasitəsilə yazılı cavab verilməklə baxılır. Elektron müraciətdə (EHİS üzərindən təqdim olunmuş müraciətlər istisna olmaqla) elektron ünvan, yaxud müraciət edən fiziki şəxsin fərdi identifikasiya nömrəsi (FİN) və ya hüquqi şəxsin vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) göstərilmədikdə, müraciətə poçt vasitəsilə yazılı cavab verilir. Elektron sənəd formasında göndərilən cavab məktubu "Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada tərtib edilir və rəsmiləşdirilir.
Nazirlər Kabinetinə "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Qanunundan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Vətəndaş müraciətləri ilə bağlı kargüzarlığın aparılması qaydasında dəyişiklik edilib
-
Albaniya Respublikasının Prezidenti İlham Əliyevə məktub göndərib
-
Azərbaycan və Yaponiya XİN rəhbərləri görüşdü
-
Prezident İlham Əliyev portuqaliyalı həmkarını təbrik edib
-
XİN Portuqaliyanı təbrik etdi
-
Azərbaycan və Litva arasında siyasi məsləhətləşmələr keçirilib
XƏBƏR LENTİ
-
“Galendewagen”lə insident törədən sürücüyə cəza verildi
-
Yasamalda obyektdə baş verən yanğın söndürülüb - YENİLƏNİB - VİDEO
-
Tramp: Bu gün ABŞ İrana çox güclü zərbə endirəcək
-
“Turan Tovuz”dan getdi - FOTO
-
Vətəndaş müraciətləri ilə bağlı kargüzarlığın aparılması qaydasında dəyişiklik edilib
-
Ərdoğan CHP-ni sərt tənqit etdi
-
FİFA DÇ-dən 6 milyarddan çox gəlir əldə edəcək
-
Dənizkənarı istirahət mərkəzləri soyuq havalara görə boş qalıb
-
Xalq artistləri efirdə ağladılar
-
Bakıda orqan alveri - Əmrah Əliyev və tibb qardaşı həbs edildi
-
DTX tərəfindən saxlanılan Saleh Səmədovdan xəbər var
-
“Mançester Yunayted” 6 futbolçu ilə vidalaşdı - Rəsmi
-
Bakıda “Force of Love” 2026 yay festivalı keçirilib - FOTO
-
Ramiz Mehdiyevlə bağlı yeni qərar
-
Bakıda piyada son anda ölümdən döndü - ANBAAN VİDEO
-
Albaniya Respublikasının Prezidenti İlham Əliyevə məktub göndərib
-
Vəkilin oğlu faciəvi şəkildə öldü
-
Ölkədə sosial şəbəkələrdə yaş yoxlaması sərtləşdirilir
-
Eşşək dişləməsi insan ölümünə səbəb ola bilərmi? - ARAŞDIRMA
-
İranda 20 min insan susuz qaldı
-
Əməkdar artist: "Bizdə qadınların işləmə söhbəti olmayıb, "köhnə adamlarıq"”
-
“Fundament möhkəm olmalıdır” - Emin Əmrullayev
-
Nəsimi rayonunun bir sıra küçələrində qaz kəsiləcək
-
Birbank-dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər





