Cəmiyyət

Ölkədə sosial şəbəkələrdə yaş yoxlaması sərtləşdirilir

10 İyun 2026 17:51
Baxış: 377
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Sosial şəbəkələrdə istifadəçilərin yaşının yoxlanılması bank kartı (müvəqqəti vəsait bloklanması), e-poçt və mobil nömrə məlumatlarının qarşılıqlı təsdiqi əsasında aparılacaq.

Milli.Az xəbər verir ki, Elektron Təhlükəsizlik Xidmətinin nümayəndəsi Həvva Hüseynli bildirib ki, provayderlərə də müəyyən öhdəliklər düşür. Yeniyetmələr üçün "sonsuz sürüşdürmə" və avtomatik video oynatma kimi asılılıq yaradan funksiyalar məhdudlaşdırılacaq, valideynlərə isə nəzarət imkanları veriləcək.

Qeyd olunub ki, fərdi məlumatlar yalnız yaşın təsdiqi üçün istifadə edilməli, uyğunluq yoxdursa dərhal silinməli və reklam məqsədilə istifadə olunmamalıdır. Həmçinin zərərli məzmun 24 saat ərzində platformadan çıxarılmalıdır.

Aysel 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.