Cəmiyyət

Martın 20-dən Azərbaycanda qatarların hərəkət cədvəli dəyişəcək

10 Mart 2011 11:42
Baxış: 5 022
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Azərbaycanda Novruz Bayramı ilə əlaqədar martın 20-dən ölkə daxilində hərəkət edən sərnişin qatarlarının hərəkət cədvəlində dəyişikliklər ediləcək. Bu barədə APA-ya "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib. "Azərbaycan Dəmir Yolları" QSC sədrinin müvafiq əmrinə əsasən, bəzi mənzil və sahələrdə qatarların hərəkət sürətinin dəyişdirilməsi ilə əlaqədar olaraq Bakı-Ağstafa-Bakı firma qatarı saat 23:05-də Bakıdan yola düşəcək, saat 10:20-də Ağstafaya çatacaq, saat 19:50-də Ağstafadan yola düşəcək və saat 08:30-da Bakıya çatacaq.

Bakı-Köçərli-Balakən-Bakı sərnişin qatarı saat 22:15-də Bakıdan yola düşəcək, saat 07:35-də Köçərliyə, saat 11:05-də Balakənə çatacaq, saat 18:30-da Balakəndən, saat 21:40-da Köçərlidən yola düşəcək, saat 07:51-də Bakıya çatacaq.

Bakı-Astara-Horadiz-Bakı sərnişin qatarı saat 23:55-də Bakıdan yola düşəcək, saat 08:25-də Horadizə, saat 09:45-də Astaraya çatacaq, saat 19:50-də Astaradan, saat 21:15-də Horadizdən yola düşəcək, saat 06:44-də Bakıya çatacaq.

Bakı-Qazax-Böyük Kəsik-Bakı sərnişin qatarı saat 22:35-də Bakıdan yola düşəcək, saat 12:35-də Qazaxa, saat 13:10-də Böyük Kəsiyə çatacaq. Saat 18:40-da qatar Böyük Kəsikdən, saat 19:40-da Qazaxdan çıxacaq, saat 09:58-də Bakıya çatacaq.

Bakı-Gəncə-Bakı "Ekspress" qatarı saat 07:20-də Bakıdan yola düşəcək, saat 14:50-də Gəncəyə çatacaq. Saat 15:30-da Gəncədən yola düşəcək, saat 23:40-da Bakıya çatacaq.

Bakı-Mingəçevir-Bakı "Ekspress" qatarı saat 16:50-də Bakıdan yola düşəcək, saat 00:20-də Mingəçevirə çatacaq, saat 07:45-də Mingəçevirdən yola düşəcək və saat 15:30-da Bakıya çatacaq.

Bakı-Astara-Bakı "Ekspress" qatarı saat 07:40-da Bakıdan yola düşəcək, saat 15:00-da Astaraya çatacaq, saat 15:40-da Astaradan yola düşəcək, saat 23:30-da Bakıya çatacaq.

Bundan başqa, Bakı-Tbilisi-Bakı sürət qatarının hərəkət cədvəlində də dəyişikliklər edilib. Belə ki, Bakı-Tbilisi-Bakı sürət qatarı saat 21:20-də Bakıdan yola düşəcək, saat 13:25-də Tbilisiyə (Tbilisi vaxtı ilə) çatacaq. Saat 18:00-da Tbilisidən çıxan qatar saat 11:05-də Bakıya çatacaq.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.