"İşə yaramayan tibb çantaları"... REPORTAJ - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
TTV (Region TV) xəbər verir ki, nəqliyyat vasitələrində yerləşdirilməsi zəruri olan dərman qutuları ilə bağlı İnzibati Xətalar Məcəlləsində də xüsusi maddə var. Amma gəlin etiraf edək ki, bəzilərimiz qanunun bu tələbinə riayət etmirik. Bəs niyə kimisə xilas etmək imkanımız ola-ola bu vasitələrdən istifadə etmirik? Əminik ki, süjetimizə baxandan sonra bir daha fikirləşəcək və "apteçka" kimi tanıdığımız bu qutuları avtomobildən əskik etməyəcəyik.
Ölkəmizin avtomobil yollarında az qala hər gün yol qəzaları baş verir. Nə qədər acı olsa da qəzalar zamanı insan itkisi də olur. Qəzaların araşdırılması zamanı üzə çıxan nəticələrdən biri də odur ki, avtomobillərin çoxunda hadisə baş verən anda ilkin yardım göstərmək üçün lazım olan tibbi yardım çantaları, demək olar ki, tapılmır. Sürücülər bir çox hallarda buna önəm vermirlər. Halbuki, təcili tibbi yardım maşını qəza yerinə çatana kimi müəyyən bir vaxt keçir. Həmin vaxt ərzində ilkin yardım göstərməklə qəzada yaralanan şəxsin həyatını xilas etmək olar. Təəssüfedici haldır ki, bəzi sürücülərimiz heç tibb çantasının nə olduğunu belə bilmirlər. Bəzi sürücülərimiz isə tibb çantalarının avtomobildə olmadığı bir yana, hətta bizə kinayə ilə də cavab verdilər. Bəziləri isə tibb çantalarının olduğunu desələr də, avtomobillərini ələk-vələk etsələr də, axtardıqlarını tapa bilmədilər. Sürücülərdən eləsi var idi ki, tibb çantalarını evlərində saxladıqlarını dedilər. Yol hərəkəti ilə bağlı qanunvericiliyə əsasən, nəqliyyat vasitələrində tibb çantasının olması məcburidir. Ancaq avtobuslar da daxil olmaqla nə taksilərdə, nə də bir çox minik avtomobillərində bu tələbə riayət olunur. Sərnişinlər isə avtomobillərdə tibb çantasının olmasını arzulayırlar. Tibb çantasının olmamasına görə sürücülər yol polisi əməkdaşları tərəfindən cərimələnirlər. Bu məqsədlə reydlər keçirilir, inzibati protokollar tərtib olunur. Bəlkə də elə cərimə miqdarının azlığı səbəbindən sürücülər tibb çantalarına əhəmiyyət vermirlər. Ancaq sürücülər unutmamalıdırlar ki, heç kim yol qəzalarından sığortalanmayıb. Qiyməti 5 manat olan bir çanta ilə bir insan həyatı xilas edə bilərsiniz. Odur ki, tibb çantanızı avtomobilinizdən əksik etməyin.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
ABŞ və Avropada qiyamət hazırlığı: fövqəladə vəziyyət ləvazimatlarına tələbat 450 faiz artıb
-
Acun Ilıcalı nəvələri ilə - (Foto)
-
Laminat parket tarixə çevrilir - yeni alternativlər
-
Milli Qəhrəmanın oğlu qəzaya düşdü
-
İnstaqramda hekayələr üçün yeni funksiya
-
Türkiyə dünyada ilkə imza atdı: "Kızılelma" silahlanmaya daxil oldu
-
Azərbaycan XİN Tbilisidə baş verən partlayışla bağlı Gürcüstana başsağlığı verib
-
Mertin yeni serialının yayım tarixi açıqlandı
-
Tbilisidə binada partlayış - 6 nəfərin meyiti çıxarılıb - Yenilənib
-
Xəzər sahilində olan hansı obyektlər söküləcək? - (Video)
-
Qarakənd faciəsindən 35 il ötür
-
Günün qoroskopu: Məsuliyyətin və zəhmətin nəticə verdiyi dövrdəsiniz
-
Ağdamın işğaldan azad edilməsindən 6 il ötür
-
Təbrizdə azərbaycanlı hakim və ailə üzvlərinin qətl səbəbi məlum olub - (Foto)
-
“Azərbaycanla sülh müqaviləsi bir neçə gün ərzində imzalana bilər” - Simonyan
-
Azerbaijan Fashion Week: moda və kino arasında yaradıcı körpü - (Foto)
-
Super Liqada ulduzları geridə qoydu: zirvədəki ad təəccübləndirdi - (Foto)
-
Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından görüntülər paylaşıb - (Foto)
-
“Şevket” illər sonra - (Foto)
-
Mehmet Günsür və Devrim Özkan orqanlarını bağışladılar - (Foto)
-
Badamdarda sakinlərin təxliyəsi başladı - Yenilənib
-
Azərbaycan və Vyetnam bir sıra sənədlər imzalayacaqlar - (Video/Foto)
-
“RX Sərdaroğulları Holdinq”in direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
-
Qvardiola Səudiyyə Ərəbistanı millisinin baş məşqçisi olmaqdan imtiha etdi







