Cəmiyyət

Elton Quliyev torpağa tapşırldı - FOTO

16 Dekabr 2015 15:00
4 Şərh     Baxış: 6 892
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, bu gün ölkəmizin tanınmış hüquqşünası, vəkil Elton Quliyev 60 yaşında uzun sürən ağır xəstəlikdən vəfat edib.

Mərhumla vidalaşma mərasimi Təzəpir məscidində keçirilib. Elton Quliyevin çoxsaylı dostları, ölkənin tanınmış ictimai-siyasi xadimləri onun hüzr mərasimində iştirak ediblər, daha sonra mərhumu son mənzilə yola salıblar.

Milli.Az musavat.com-a istinadən bildirir ki, dəfn qafiləsi E.Quliyevin torpağa tapşırılacağı Yasamal məzarlığına yola düşüb. Mərhum vəkil burada, ailə məzarlığında torpağa tapşırılıb.

Allah rəhmət eləsin!

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.