Azərbaycan Qırğızıstana humanitar yardım göndərdi - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Cari ilin noyabrında Qırğız Respublikasının Oş vilayətində baş vermiş güclü zəlzələ ilə əlaqədar Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin göstərişinə əsasən Fövqəladə Hallar Nazirliyi (FHN) dekabrın 7-də Azərbaycan hökuməti adından bu ölkəyə humanitar yardım yola salıb.
AZƏRTAC xəbər verir ki, humanitar yardım Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanından bərə ilə yola salınıb. Yardımın yola salınması mərasimində fövqəladə hallar nazirinin müavini Faiq Tağızadə və Qırğız Respublikasının Azərbaycandakı səfiri Aycigit Buranov iştirak ediblər.
F.Tağızadə jurnalistlərə açıqlamasında deyib ki, ümumi dəyəri bir milyon manat olan humanitar yardıma 19 ton qənd, 19 ton şəkər tozu, 19 ton düyü, 8 tondan artıq çay, 16 tondan artıq bitki yağı, 38 ton un, 19 ton makaron, 18 tondan artıq vermişel, 3500 ədəd yataq dəsti (yastıq, ədyal, döşək, ağı dəsti), 50 generator, 240 çadır, 6006 kvadratmetr dam örtüyü (dəmir şifer), 70 kubmetr taxta, 40 min metr reyka, 26 tondan artıq benzin, 29 tona yaxın dizel və 195 ədəd istilik sobası daxildir.
Qeyd olunub ki, humanitar yardımın yükləndiyi 20 avtomaşın bərə ilə Qazaxıstanın Aktau limanına aparılacaq. Yardımın daşınması üçün Qazaxıstandan əlavə iki avtomaşın da cəlb olunacaq. Sonra həmin 22 avtomaşın Qırğızıstana doğru hərəkət edəcək.
Qırğızıstanın səfiri A.Buranov ölkəsi üçün bu çətin günlərdə göstərilən humanitar yardıma görə Azərbaycan Prezidentinə və xalqına dərin minnətdarlığını bildirib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanda tanınmış idmançı faciəvi şəkildə öldü - FOTO
-
500 mindən çox şəxsi maraqlandıran yenilik
-
Asim Munir Pezeşkianla görüşdü
-
Emin Əmrullayev Tacikistanın təhsil və elm naziri ilə görüşüb - FOTO
-
Güclü yağışlar bu yolu yararsız vəziyyətə saldı
-
İşğaldan azad olunmuş ərazilərdə yeni milli parklar yaradılacaq
XƏBƏR LENTİ
-
"Birmənalı olaraq yerli futbolçunu seçərəm" - Yuri Vernidub
-
Milli Teatrda "Payız sonatası" hazırlanır - FOTO
-
Ayxan Abbasov "Şamaxı" ilə vidalaşdı
-
Ucarda ağır qəza - ölən var - FOTO
-
Türkiyədə zəlzələ oldu
-
"Qalatasaray" və "Fənərbaxça"nın rəqibləri məlum oldu
-
Azərbaycanda milli parkların ərazisi genişləndirilir - Nazirdən açıqlama
-
Joze Mourinyonun "Real Madrid"ə qayıdışı təxirə salındı - SƏBƏB
-
Meşələrin mühafizəsində yeni dövr: Azərbaycanda süni intellekt və dronlar tətbiq ediləcək
-
Azərbaycanda tanınmış idmançı faciəvi şəkildə öldü - FOTO
-
Zeynəb Xanlarovadan Xalq artistinin təklifinə CAVAB
-
"Qarabağ" üç futbolçusu ilə yollarını ayırdı
-
500 mindən çox şəxsi maraqlandıran yenilik
-
Asim Munir Pezeşkianla görüşdü
-
Emin Əmrullayev Tacikistanın təhsil və elm naziri ilə görüşüb - FOTO
-
Özgür Özel CHP parlament qrupunun sədri oldu
-
Xalq yazıçısı Natiq Rəsulzadənin yaradıcılıq gecəsi keçirilib - FOTO
-
Şahbaz Şərif Çində səfərdədir
-
Lənkəranda avtomobil piyadanı vuraraq öldürdü
-
Hörmüz boğazından 25 gəmi keçib
-
Azərbaycanda sənaye meşələri salınacaq
-
XIII Ümumdünya Şəhərsalma Forumu çərçivəsində möhtəşəm konsert - FOTO
-
Bu qida və içkilər daha rahat yatmağa kömək edə bilər
-
Elvin Cəfərquliyev milliyə çağırıldı





