Cəmiyyət

Günün yuxuyozması

6 Fevral 2011 06:00
Baxış: 15 537
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Milli.Az xəbər portalı Vanqa, Miller, Freyd, Nostradamus, Loff və digər müəlliflərin kitablarına əsasən, yuxunuzu yozmağa çalışacaq.

Qab. Yuxuda təmiz qab görmək xoşbəxtlik çağının başlanğıcına işarədir; nəhayət, tale sizin də üzünüzə güləcək. Çirkli qab pis gələcəyə işarədir. Yuxuda əlinizə qab almısınızsa, həqiqətdə uğur sizi hökmən tapacaq; qablar əlinizdən düşüb sınıbsa, uğurlu hadisələrin müddəti qısa olacaq. Yuxuda rəfdə işıq saçan qablarınızdan zövq almısınızsa, bu, imkanlı olduğunuza və yaxşı gəlirə işarədir. Gənc qadın gözəl qab-qacaq mağazasına giribsə və mallara heyran olubsa, onu yaxşı bir insanla xoşbəxt evlilik gözləyir. Səliqəsiz, boş rəfləri olan qab mağazası işlərdə dolaşıqlıq və ruh düşkünlüyünə işarədir.

Rəqəm. Rəqəmlər yuxuda müxtəlif metodlarla görülür. Ən çox yayılanı - əşyalar vasitəsilədir. Məsələn, əlinizdə daşlar tua bilərsiniz və ya yad bir adam onu sizə verə bilər.Yaddan neçə daş almısınız? Yuxuda rəqəm görməyin daha bir metodu - vaxt qismində.Siz elekton saata baxaraq dəqiq vaxtı görə bilərsiniz: ola bilsin ki, bu mücərrəd olacaq və yaxud tarix olacaq. İstənilən halda yuxuda rərəmin olması yozmaq üçün maraqlı obyektdir. Numerologiya sərbəst elm olmasına baxmayaraq yuxuda görülmüş rəqəmlərə qarşı münasibətdə faydalı nəticələr var. Yuxuda rəqəm görməyin başqa üsulu rəqəmlər, onarın kvadratları və kubları arasında fərqin yaradılmasıdır. Əlverişli şəraitdə ağlımız daxili riyazi hesablamaları hasil etməyə qadirdir.Real həyatda riyaziyyatla bağlı olan problemlər bu elminn mürəkkəbliyi ilə bağlı çaşqınlıqlarla əlaqədar olur və bu qabiliyyətli adamlara riyaziyyat sahəsində uğurlu karyera qurmağa mane olur.

Jeton. Yuxuda jetonu telefon-avtomata atmaq o deməkdir ki, siz özünüz və ailəniz haqqında dedi-qodu yayan tanımadığınız insana etibar edəcəksiniz. Telefon jetonu almağı bütün həyatınızboyu xatırlayacağınız əyləncələr, xoş anlara işarədir. Əgər siz jetonu telefon-avtomata salmısınızsa və o sizi abunəçi ilə birləşdirmirsə, belə yuxu gənc qız və oğlanlara subaylıq həyatına işarədir. Əgər metrodan jetonsuz keçmək istəyirsinizsə, belə yuxu həyatınızın qara zolağının başladığına, sizi münaqişələr, ola bilsin, məhkəmə prosesi və gözlənilməz xərclər gözlədiyinə işarədir.

Kanal, xəndək. Yuxuda xəndəyə düşmək işlərdə uğursuzluq və itkilərə işarədir. Əgər onun üstündən keçmisinizsə, bu o deməkdir ki, öz hərəkətinizlə etdiyiniz günahların unudulmasına nail olacaqsınız.

Canavar. Canavar - qəddarlıq, cəsarət, ölümlə açıq mübarizə, müstəqillik rəmzidir. Yuxuda canavarən tülkü ilə dalaşdığını görmək Rusiya və Ukrayna arasında uzun illər davam edəcək qarşıdurmaya işarədir. Yuxuda qara canavar görmək insanların xoş həyat tərzini pozacaq və onları kömək üçün Allaha sığınmağa məcbur edəcək insanın meydana gələcəyindən xəbər verir.Qırmızı papaqlı canavar görmək 2018-ci ilin sonunda keçiriləcək ölkələrin iclasında Rusiyanın şübhəli mövqe tutacağına işarədir və bu maddi yardımın olmamasında özünü biruzə verəcək. Yuxuda quzu dərisinə bürünmüş canavar görmək xain tərəfdaş tərəfindən satqınlığa işarədir. Xüsusilə xoruz ilində bundan qorunmaq lazımdır. Yuxuda insanın əlindən yem alan canavar görmək o deməkdir ki, insanları uzun müddət qorxuda saxlayan manyak həbs olunacaq.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.