Dünya

Tramp: Mask bunu etsə, nəticələrini ödəməli olacaq

7 İyun 2025 22:14
Baxış: 920
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Əgər İlon Mask respublikaçıların dəstəklədiyi genişmiqyaslı büdcə qanun layihəsinə qarşı demokrat namizədləri maliyyələşdirsə, bu, ciddi nəticələrə səbəb olacaq."

Milli.Az xəbər verir ki, bunu "NBC News" kanalına müsahibəsi zamanı ABŞ prezidenti Donald Tramp deyib

"Əgər o bunu etsə, bunun nəticələrini ödəməli olacaq", - Tramp deyib.

Prezident həmçinin bildirib ki, bu həftə ictimaiyyət qarşısında yaşanan münaqişədən sonra Maskla münasibətini bərpa etmək niyyətində deyil.

O həmçinin Maskı prezidentlik institutuna hörmətsizlik etməkdə ittiham edib. (APA)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.