Dünya

Maskın gözünün altını o göyərdibmiş - FOTO

8 İyun 2025 09:03
Baxış: 542
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın maliyyə naziri Skott Bessent Ağ Evdə amerikalı sahibkar İlon Maska hücum edib.

Milli.Az xəbər verir ki, bu barədə Britaniyanın "Daily Mail" qəzeti Donald Trampın sabiq müşaviri Stiven Bennona istinadən məlumat yayıb.

Məlumata görə, Tramp və Maskın Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri kimi səlahiyyət müddətinin başa çatması ilə bağlı keçirdiyi mətbuat konfransı ərəfəsində tərəflər arasında mübahisə baş verib.

Maliyyə naziri Bessent Maskı büdcəni 1 trilyon dollar azaltmaq vədini yerinə yetirməməkdə ittiham edib və bundan sonra tərəflər arasında qarşıdurma yaranıb.

Qəzet, Ağ Evin mətbuat katibi Kerolayn Livittin də adıçəkilən şəxslər arasında qarşıdurma yaşandığını təsdiqlədiyini yazıb.

Məhz bu hadisədən sonra Maskın gözünün altında qançır yarandığı bildirilir. /Lent.az 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.