Şortikin kişiliyə nə dəxli? - MÜZAKİRƏ
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ölkəmizin yay aylarında başqa bir gözəlliyi var. Əslində yaradan bizim ölkəmizdən heç nəyi əsirgəməyib. Yayı bir cür gözəl, qışı da başqa cür. Yay istirahəti üçün dənizimiz, qış turizmi üçün isə başı qarlı dağlarımız var. Ancaq biz bu gözəllikdən tam olaraq zövq ala bilirikmi?
Çox uzaq getməyək, şimal qonşumuz Rusiyada yayın gəlməsi insanlara yeni bir əhval-ruhiyyə gətirir. Ruslar hələ yay gəlməmiş mahnılar qoşur, istirahət fəslinin necə gözəl və əyləncəli olacağı barədə xəyallarını qururlar. O ölkədə hər yay fəslinin öz hit mahnısı olur. Byankanın "Leto", İvanuşki İnt. qrupunun "Topolinıy pux" kimi mahnıları bir zamanlar fəsillərə öz damğasını vurmuş mahnılardandır. Rusiyada bu cür mahnıları hər il bəstələyirlər. Hər il bir yeni hit yaranır orada. Rusiya şimalda yerləşməsinə və yayın bütün gözəlliklərinə sahib olmamasına baxmayaraq, bu ölkənin sakinləri yayın bütün gözəlliklərindən zövq ala bilirlər.
Bizim ölkəmiz haqda isə eyni sözləri demək olmaz. Qışda Şahdağa, Tufandağa qalxıb orada foto çəkdiririk, ancaq xizək sürmürük. Yayda dəniz kənarına gedib qarpız yeyirik, ancaq suya girmirik. Daxili senzuramız, şüurumuzdakı qadağalar daha sərbəst yaşamağımıza imkan vermir.
Burada bəzən mental dəyərlər, bəzən də dinimizin qoyduğu məhdudiyyətlər yayımızın elə də rəngarəng olmasına, qışımızın zövqlü keçməsinə imkan vermir. Qadınlarımız yayda çimərliklərə gedib istirahət etməkdən, kişilərimiz isə isti havalarda şortiklə küçədə gəzməkdən zövq ala bilmirlər.
Bakıda Avropa Oyunlarının keçirilməsindən çox zaman ötməyib. Oyunlar zamanı şəhərimizə səfər edən avropalı turistlərə baxan, onların necə sərbəst olduqlarına qibtə ilə yanaşanlar az deyildi. Şortiklə şəhər küçələrində gəzən xarici turisti görəndə, bakılı kişilərin də ürəyindən "kaş mən də bu dəqiqə şortikdə olaydım" deyə fikirlər keçirdi. Və ya daha sərbəst və rahat geyinmiş xanım turisti görən bakılı xanımların da könlündən ən azı onlar qədər azad ola bilmək keçirdi. Turistlər Bakının gözəlliklərindən zövq aldıqları bir zamanda, yerli sakinlər onların sərbəst geyimlərinə qibtə ilə yanaşırdılar, Bakı günəşinin altında hər tərəflərini örtən paltarlarının içində qovrulurdular.
Əslində azadlığımızı heç kim əlimizdən almır. Ölkəmizdə "şortik geyinmək olmaz" kimi bir qadağa da yoxdur. Heç bir qanunumuz sərbəst və rahat geyimə görə məsuliyyət nəzərdə tutmayıb. Sadəcə insanların beyinlərindəki senzura və "camaat nə deyər" düşüncəsi daha sərbəst geyinməyimizə imkan vermir. Hər kəs fərd olaraq daha rahat olmağı arzulayır, ancaq kütlə fərqli düşünür. Elə həmin o "nə deyən camaatın" içindəki fərdlər də öz içlərində fərqli düşünürlər. Ancaq camaat olaraq, kimin nə zaman tətbiq etdiyi məhdudiyyətlərin girdabında ilişib qalırlar.
Anladığınız qədər bugünkü mövzumuz, yay aylarında daha sərbəst olmağa mane olan şüurumuzdakı məhdudiyyətlərdir.
Azərbaycan kişisi nəyə görə şəhərə şortiklə çıxa bilmir? Və ya Azərbaycan qadını çimməyə dənizə niyə xalatla girir? "Camaat nə deyər" kompleksini şüurumuzdan necə silək və yaşamağa başlayaq?
Fikirlərinizi aşağıdakı şərh bölməsində yaza bilərsiniz.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bu uşaqlara qəhvə qəti verilməməlidir
-
700 min insan onu görməyə getdi
-
ABŞ-də 6 nəfərin olduğu təyyarə yoxa çıxdı - Qalıqları tapıldı
-
Ucarda ağır qəza - Ölən var
-
Dünya bazarında neft ucuzlaşdı
-
Üzüstü, arxasıüstə, yoxsa böyrü üstə? Ən sağlam yuxu pozisiyası bəlli oldu
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Birinci vitse-prezident Mehriban Əliyeva ordumuzun cəbhədə qazandığı qələbələrlə bağlı paylaşım edib - (Foto)
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin “Əl-Ərəbiyə” televiziya kanalına müsahibəsi - (Video)
-
Bu 4 qida aluminium folqanı çürüdür
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Prezident İlham Əliyev xalqa müraciət edib - (Video/Foto)
-
Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı
-
Qan təzyiqini ölçərkən bu səhvləri etməyin
-
Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu
-
Yaxşı niyyətli görünüb sizdən istifadə edənlərin ən çox işlətdiyi 9 cümlə
-
Turşunun xırt-xırt olması üçün bankaya 3 ədəd atmaq kifayətdir
-
Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma
-
"Kadir" "Eşref"i tək qoymayacaq
-
Problemli kreditlərin həcmi artır - Səbəb nədir? - (Video)
-
İsmail Kartal: "Bakıda qələbə qazanmaq və ya məğlub olmaq önəmli deyildi"
-
“Fənərbaxça”dan Azərbaycanla bağlı paylaşım
-
Zelenski: Putin ABŞ-yə yeni şərtlər qəbul etdirməyə çalışır
-
Bəxtiyar Əsgərov işdən çıxarıldı, yoxlamalar başladı
-
Cəbrayılın işğaldan azad edilməsindən 6 il ötür
-
Günün qoroskopu: Özünüzü müdafiə etmək üçün cəsarətli olun





