Cəmiyyət

Günün yuxuyozması

3 Fevral 2011 06:00
Baxış: 31 082
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Milli.Az xəbər portalı Vanqa, Miller, Fred, Nastradamus, Loff və digər müəlliflərin kitablarına əsasən, yuxunuzu yozmağa çalışacaq.

Acılamaq, zəhərləmək. Yuxuda acıdil insanla söhbət etmək kiminsə məsuliyyətsiz hərəkətini düzəltməyə çalışacağınıza işarədir, lakin nəticəsiz olacaq. Əgər yuxuda dostunuz acıdil insandırsa, bu o deməkdir ki, sizin ona qarşı xoş münasibətinizə o, alçaqlıqla cavab verəcək. Yuxuda acıdillik edirsinizsə, bu o deməkdir ki, öz yaxın adamınızı nahaq yerə incidir və xətrinə dəyirsiniz, çox yaxında onun köməyinə ehtiyacınız olacaq.

Çaxır. Yuxuda çaxır içirsinizsə, bu sizə sevinc və dostluq əlaqələri vəd edir. Çaxırla dolu şüşəni sındırmaq böyük dəbdəbəyə, bolluğa işarədir. Çaxırı bir qabdan başqasına tökmək məşhur yerlərə səyahət və müxtəlif əyləncələrə işarədir. Gənc qadın üçün yuxuda çaxır içmək yaxşı əlamətdir, o, varlı və mərd, alicənab bir insana ərə gedəcək. Yuxuda çaxır şüşələri və çəlləkləri ilə dolu zirzəmiyə düşmək xoş hadisələrə işarədir.

Karantin. Yuxuda karantində olmaq naməlum səbəblər üzündən sizinlə əlaqələrin yaradılmasına qoyulan qadağalara işarədir.Karantin tənhalıqdan (könüllü tənhalıq) və ya sizin tərk edildiyiniz hallardan fərqlənir. Karantində belə hesab edilir ki, tənhalığınız sizin xeyrinizə olmalıdır.Belə yuxular hər şeydən əvvəl yenilənmə və mənəvi cəhətdən təmizlənməyə işarədir.Digər versiyaya görə,karantin tərbiyəvi xarakter daşıyır.Həyatınızın mənəvi baxımından bir-birinə zidd hisslərlə əhatə olunmusunuzsa, yuxuda yaranmış vəziyyətdən çıxış yolu tapmaq üçün özünüzü karantinə cəlb edə bilərsiniz. Ola bilsin ki, siz konkret vəziyyətdə "nöqsansız sağlamlığınızı"ətrafdakıların qəbul etməsini istəyirsiniz.

Bərk töhmət, məzəmmət.  Töhmət almaq - cəzalanacaqsınız; başqasına töhmət vermək - ehtiyatsızsınız.

Palçıq. Palçıq - zənginlik, dedi-qodu, qızğın fəaliyyət əlamətidir. Keçilməz palçıq görmək - uyğunsuz bir zamanda insanların üzərinə çökəcək uğursuzluqlar, xəstəliklər və ağır vaxtlara işarədir. Şəhərin palçığa büründüyünü görmək - nəinki maddi çətinlik, eləcə də ölüm halların səbəb olan təbii fəlakətlərə işarədir. Palçığın içərisində qızıl qəpiklər görmək nəsillər boyu qazanılan maddiyatı sərf edən dəyərsiz bir insanın itaətinə işarədir. Yuxuda özünə palçıq sürtən insan görmək insanlara əziyyət verən və heç bir dərmanın kömək etmədiyi və insanların müalicə üçün təbii qüvvələrə sığındığı xəstəliyə işarədir.

Yuxuda qabın içinə palçıq töküldüyünü görmək zənginlik və ümumi çiçəklənmə dövrünə işarədir. Quyuda təmiz su ilə birgə çöküntü, palçıq görmək - Fransanın böyük qəza nəticəsində içməli su problemi ilə qarşılaşacağına və bunun həlli üçün böyük zaman lazım olacağına işarədir. Əlindəki palçığı silmək istəmək zənginlik, işlərdə uğur və böyük pullara işarədir.Yuxuda palçığa batmısınızsa, həyatda gücsüzlük və zəifliyinizin şayiələrə səbəb olacağına işarədir. Palçığa, çirkaba düşmək - düşünülməmiş hərəkətləriniz yaxınlarınızla mübahisələrə gətirib çıxaracaq. Paltarını palçığa bulaşdırmaq dedi-qodu və mübahisələrə işarədir. Yuxuda palçıqlı ayaqqabılar ədavət və düşmənçiliyə işarədir. Ehtiyatlı olun, özünüzü münaqişəyə cəlb etməyə imkan verməyin. Palçıqla çirklənmiş paltar görmək - nüfuzunuz təhlükə altındadır.

Milli.Az   
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.