Bu adamları necə tərbiyələndirək?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Selfi çəkmək artıq bütün dünyanı bürüyən yoluxucu xəstəliyə çevrilib. 20-ci əsrin əvvəllərində yaşamış bir qadın bütün ömrü boyu cəmi 5-6 foto çəkdirmişdisə, indi elə həmin qadının qız nəvəsi içində güzgü olan liftdə on dəfə çox foto çəkdirir. Hətta selfilərlə bağlı çox qəribə bir statistika da ortaya çıxıb. Sən demə, gün ərzində dünyada çəkilən selfilərin sayı, 19-cu əsr boyu bütün dünyada çəkilmiş fotoların sayından daha çoxdur.
Biz heç də insanların özlərini çəkməsinə qarşı deyilik. Texnoloji yeniliklərdən faydalanmaq mütləqdir. Bu yeniliklər həyatımızı çox rahatlaşdırır. Əgər ötən əsrdə bəylər bir məktub göndərmək üçün novruzəliləri poçt idarəsinə göndərirdilərsə, bu gün daha ciddi məktubları bir kliklə yola salmaq olur. Ancaq texnoloji yeniliklərdən istifadə bəzən absurd formaya düşür.
Selfi sevdası bəzən o qədər absurd hal alır ki, mövzuya toxunmamaq olmur. Əvvəllər haradasa bir yanğın olanda insanlar təlaşa düşərdi. Yanğının içində qalan insanları xilas etməyə çalışar, hərə bir vedrə su gətirib tökərdi ki, yanğın sönsün. 30 il əvvəl suda batan adamı tez xilas etmək üçün dəridən-qabıqdan çıxan adamların övladları indi eyni hadisənin şahidi olanda foto çəkirlər. Ya da ki, video çəkirlər.
Bu gün Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəlin cənazəsi Kocatepe Məscidinə gətiriləndə də belə hallardan biri baş verib. Dəmirəlin cənazəsinin keçidi əsnasında bəzi vətəndaşlar telefonlarıyla selfie çəkməyə çalışıblar. Polis təhlükəsizlik tədbirləri üçün böyük səy göstərib. Ancaq buna baxmayaraq bəzi vətəndaşların selfi çəkdirməyi xoş qarşılanmayıb. Hətta sosial şəbəkələrdə insanlar selfi çəkdirənləri tənqid ediblər.
Fotoları adətən pozitiv hadisələr zamanı çəkdirərlər. Cənazə gedərkən onun qarşısında selfi çəkdirməyi yalnız mənəvi cəhətdən tənəzzülə uğramış insanlar edə bilərlər. Elə düşünməyin ki, bu hal Türkiyədə baş veribsə, bizə aid deyil. Bu cür mənəvi deqradasiya ayrı-ayrı ölkələrin problemi deyil. Hər yerdə belələri var. Bakıda baş verən yanğının qarşısında dayanıb selfi çəkdirən adamlar da görmüşük.
Bəs bu cür adamları necə tərbiyə edək? Anlasınlar ki, həyatda hər şey sosial şəbəkədə status paylaşmaqdan ibarət deyil. Bu dünyada yüksək mənəvi dəyərlərin olduğunu belə adamlara necə başa salaq?
Fikirlərinizi aşağıdakı şərh bölməsində yaza bilərsiniz.
Teymur Hacıyev
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Keşlə yağış kollektorunda bərpa və yenidənqurma işləri yekunlaşmaq üzrədir - (Foto)
-
Yeni il gecəsi üçün 2100 manat - Azərbaycanda hotel qiymətləri
-
Azərbaycanda 349 min nəfər sosial yardım alır
-
Bakıda məşhur xəstəxana sökülür - (Video)
-
Azərbaycanda pensiyalar 10,3 faiz artdı
-
Bakıda gənc rəssamın qətli ilə bağlı yeni detallar - (Foto)
XƏBƏR LENTİ
-
Keşlə yağış kollektorunda bərpa və yenidənqurma işləri yekunlaşmaq üzrədir - (Foto)
-
Yeni il gecəsi üçün 2100 manat - Azərbaycanda hotel qiymətləri
-
Azərbaycanda 349 min nəfər sosial yardım alır
-
Bakıda 58 yaşlı kişi dostunun evində ölü tapıldı
-
Xalq artistinin Zaur Baxşəliyevin muğam ifasına reaksiyası (Video)
-
Azərbaycanda qızıl-zinət bazarında qiymətlər necədir? - AÇIQLAMA
-
Bakıda məşhur xəstəxana sökülür - (Video)
-
Qobustanda top mərmisi tapıldı - (Video)
-
Futbol matçında ağır zərbə alan gənc oyunçu öldü - Anbaan video
-
Murat Yıldırım gənc qızı avtobus altında qalmaqdan xilas etdi - (Video)
-
Azərbaycanda pensiyalar 10,3 faiz artdı
-
Samuxda ağır qəza - Ölən və xəsarət alan var
-
Bakıda gənc rəssamın qətli ilə bağlı yeni detallar - (Foto)
-
Portuqaliya yığmasında daha bir gərginlik: O da millinin düşərgəsini tərk etdi
-
Mərkəzi Bankın keçmiş binası ilə bağlı yeni qərar
-
Mərdəkanda yataqxana binası yandı - (Video)
-
Əməkdar artist geyimlərini satışa çıxarır – Mağaza açacaq
-
"Qələbə" dairəsində yenilik - (Video)
-
Arda Güler Millətlər Liqasında bu göstəricidə lider oldu (Foto)
-
Ramiz Mehdiyev cəzasından narazıdır - Apellyasiya şikayəti verdi
-
"Kurtlar vadisi"nin məşhur aktyoru orqanlarını bağışladı - (Foto)
-
Gürcüstanda azərbaycanlı faciəvi şəkildə öldü
-
Rusiyadan Fransaya hədə dolu mesaj
-
Dünya bazarlarında neftin qiyməti ucuzlaşdı





