Cəmiyyət

Azərbaycanda kreditlə avtomobil almaq istəyənlərə - MƏSLƏHƏT - VİDEO

11 İyun 2015 22:52
6 Şərh     Baxış: 4 717
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Avtomobil bazarıdakı vəziyyət qeyri-dinamik həddə çatıb. Bazarda satan çox olsa da, alan yoxdur. İqtisadçı ekspertlər və satıcılar satışın zəifləməsini kreditin verilmə qaydalarının sərtləşdirilməsi ilə əlaqələndirirlər.

Milli.Az "Xəzər Xəbər"ə istinadən bildirir ki, kredit qaydalarının sərtləşdirilməsi avtomobil bazarına ciddi təsir edib.

Son bir neçə aydır avtomobil bazarında durğunluq davam edir. Satan çox olsa da alan alıcı azalıb.

İqtisadçılar da istər ötən il, istərsə də bu ilin əvvəli ilə müqayisədə alıcıların azalmasını təsdiq edir. Səbəb kimi isə kredit qaydalarının sərtləşdirilməsini göstərirlər.

Satıcılar bunu bankların krediti dollarla və bir qədərdə yuxarı faizlə verməsi ilə əlaqələndirirlər.

Alıcı azlığı olduğundan xüsusilə də bahalı maşınların qiyməti düşüb. İqtisadçı ekspertlər isə alıcılara bankdan kredit yox, lizinq almağı məsləhət görür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.