Ölkə

Bu şəxslər işlə təmin ediləcək - Baş nazirdən qərar

17 Sentyabr 2025 21:11
Baxış: 542
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Nazirlər Kabineti 10 may 1994-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Əlilliyi olan şəxslərin problemləri üzrə kompleks Proqram"da dəyişiklik edib

Milli.Az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, bundan sonra xüsusi musiqi təhsili olanlarla yanaşı, gözdən əlilliyinin müəyyən edilməsinə görə orqanizmin funksiyaları 61-100 % pozulmuş şəxslərin və ya əlilliyi olan uşaqlar müxtəlif klub və mədəniyyət evlərində müvafiq işlə təmin ediləcək. Bu iş Mədəniyyət Nazirliyinə tapşırılıb.

Bundan başqa, Azərbaycan Korlar Cəmiyyətinin massaj məktəbini bitirmişlərlə yanaşı, gözdən əlilliyinin müəyyən edilməsinə görə funksiyaları 61-100 faiz pozulmuş və ya əlilliyi olan gənclər müvafiq dövlət tibb müəssisələrində işlə təmin ediləcək. Bu iş isə Səhiyyə Nazirliyinə və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) həvalə edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.