Təhsil infrastrukturu yenilənir: Neftçala Peşə Məktəbində müasir tədris mühiti - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ölkəmizdə peşə təhsilinin inkişafı və infrastrukturun müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində Neftçala Peşə Məktəbinin tədris infrastrukturu yenilənib.
Milli.Az xəbər verir ki, müasir standartlara uyğunlaşdırılan təhsil müəssisəsi funksionallığı, geniş tədris imkanları və əlverişli maddi-texniki bazası ilə seçilir. İki korpusdan ibarət olan peşə məktəbində tələbələrin keyfiyyətli təhsil alması üçün zəruri şərait yaradılıb. Təhsil müəssisəsində ümumilikdə 24 dərs otağı, 9 emalatxana, 2 İKT kabineti, akt zalı, kitabxana və idman zalı fəaliyyət göstərir.
Məktəbdə əmək bazarının tələblərinə uyğun olaraq 24 ixtisas üzrə kadr hazırlığı həyata keçirilir. Bu ixtisaslara aşpaz, kompüterlərin təmiri və xidməti üzrə texnik, elektrik qaynaqçısı, avtomobil təmiri çilingəri, veb dizayner və proqram təminatçısı, fermer və digər peşələr daxildir.
Tədris prosesi müasir yanaşmalar əsasında təşkil olunaraq tələbələrin həm nəzəri biliklərinin, həm də praktiki bacarıqlarının inkişafına xidmət edir.
520 tələbə tutumuna malik olan təhsil müəssisəsində hazırda 421 nəfər təhsil alır. Tədris prosesi iki növbəli sistem əsasında təşkil olunub ki, bu da mövcud tədris imkanlarından səmərəli istifadəyə şərait yaradır.
Neftçala Peşə Məktəbinin yenilənmiş infrastrukturu bölgədə peşə təhsilinin keyfiyyətinin artırılmasına, gənclərin peşə bacarıqlarının inkişafına və onların əmək bazarına hazırlığının gücləndirilməsinə mühüm töhfə verir.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bu yolla Bakı-Tblisi qatarına ucuz bilet ala BİLƏRSİNİZ - RƏSMİ
-
Rafael Ağayev əməliyyat olundu - FOTO
-
Təkrar imtahan imkanı verildi - Kimlər pulsuz iştirak edəcək?
-
Bu yolda diqqətli OLUN: “Qazi oğlum var” oyunu - Yeni fırıldaq - FOTO
-
FIBA 2 ukraynalı basketbolçunu ömürlük diskvalifikasiya etdi
-
Trend Agentliyi ödənişli xəbər lentindən istifadə üçün tarifləri yeniləyib
-
Müəllimlər üçün mühüm XƏBƏR
-
Azərbaycanda yas mərasimində zəhərlənənlərin vəziyyəti necədir? - AÇIQLAMA
-
Qabiliyyət imtahanlarına qeydiyyat başlayır
-
"Kapital Bank" dünyaca məşhur şirkətlə əməkdaşlığa başladı
-
Türkiyədə oteldə silahlı insident: Otel sahibi və müştəri öldü
-
"WhatsApp" istifadəçiləri üçün YENİLİK
-
"15 min almısan, imkan ver biz də QAZANAQ"
-
Qadın müğənni qətlə yetirildi, meyiti kanala atıldı
-
Trampın keçmiş gəlinində xərçəng aşkar edildi - FOTO
-
Dubay konsertindəki şousu gündəm oldu - VİDEO
-
Emin Mahmudovla bağlı qərar verildi
-
Tbilisiyə bu qatar gedəcək - FOTO
-
“Qəbələ” “Şamaxı”ya qarşı - Sonuncu turun oyunları
-
"Toylar nə vaxtdan el şənliyi olub?!"
-
Bazar günü 56 mindən çox şəxs imtahan VERƏCƏK
-
Azərbaycanda mənzil almaq istəyənlərə VACİB XƏBƏR
-
Həbibdən UFC prezidentinə sərt cavab
-
"Mançester"dən gedən Kazemironun yeni klubu BƏLLİ OLDU





