Evimizdəki gizli təhlükə: Kondisionerlər niyə partlayır?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İki gün əvvəl Bakıda binanın mənzillərindən birinin eyvanında usta tərəfindən aparılan iş zamanı partlayış olub. Məlumata görə, 34 yaşlı Ömər Məhərrəmli kondisionerin mühərrikinə qaz doldurarkən partlayış baş verib. Nəticədə, o, 15-ci mərtəbədən yıxılaraq hadisə yerində ölüb.
Belə bədbəxt hadisələrin baş verməməsi üçün nələrə diqqət yetirmək lazımdır?
Mövzu ilə bağlı Milli.Az-a açıqlamasında kondisioner ustası Fikrət Əliyev bildirib ki, kondisionerlər gündəlik həyatda geniş istifadə olunan məişət texnikasıdır və düzgün istifadə edildikdə təhlükəsiz hesab olunur.
"Lakin bəzi texniki nasazlıqlar və ya səhv istifadə halları ciddi problemlərə, hətta partlayışa bənzər hadisələrə səbəb ola bilər. Kondisionerlər normal şəraitdə partlamır, amma müəyyən hallarda sistem daxilində təzyiqin artması və ya yanğın riski təhlükəli nəticələr doğura bilər. Bu cür hadisələr adətən cihazın düzgün quraşdırılmaması, texniki baxımsızlıq və ya elektrik problemləri ilə əlaqəli olur".
F. Əliyev qeyd edib ki, soyuducu qazla bağlı problemlər əsas risk faktorlarından biridir.
"Sistemə normadan artıq qaz vurulduqda və ya uyğun olmayan qaz istifadə edildikdə daxili təzyiq artır və bu, boruların və ya kompressorun zədələnməsinə səbəb ola bilər. Kompressor nasazlığı da təhlükəli hallara gətirib çıxara bilər. Həddindən artıq qızma, yağsız işləmə və uzun müddət servis olunmama nəticəsində kompressor sıradan çıxaraq qəfil partlama effekti yarada bilər. Elektrik problemləri də ciddi risk yaradır. Qısaqapanma, köhnə və ya zəif naqillər, eləcə də qeyri-sabit elektrik gərginliyi yanğın ehtimalını artırır. Yanğın baş verdiyi halda isə cihaz daxilindəki komponentlər vəziyyəti daha da ağırlaşdıra bilər".
Usta bildirib ki, quraşdırma zamanı edilən səhvlər də təhlükə mənbəyidir.
"Boruların düzgün bərkidilməməsi və ya sistemin hermetik olmaması qaz sızmasına və təzyiq problemlərinə səbəb olur. Bundan əlavə, uzun müddət texniki baxımın aparılmaması, filtrlərin tutulması və radiatorun çirklənməsi cihazın həddindən artıq qızmasına gətirib çıxarır. Müasir kondisionerlərdə istifadə olunan bəzi qazlar müəyyən dərəcədə yanıcı xüsusiyyətə malikdir. Əgər qaz sızması baş verərsə və yaxınlıqda alov mənbəyi olarsa, alışma riski yarana bilər. Düzgün quraşdırma, vaxtında texniki baxım və təhlükəsizlik qaydalarına əməl etməklə bu riskləri minimuma endirmək mümkündür", - deyə F. Əliyev qeyd edib.
Ayxan
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Su və kefiri unudun: Qaraciyəri təmizləyən sağlam içki bəlli oldu
-
Yuxuda qapının açılmaması nə deməkdir?
-
“Miss Turkey 2022”nin toyunda 34 nəfər nikah şahidi oldu - (Foto)
-
"Dinamo Kiyev" Bakıya ciddi itki ilə gəlir
-
Gəncədə evdən yeniyetmə qızın meyiti tapıldı
-
Bir neçə kənd işıqsız qalacaq
-
71 yaşında 33 yaş kiçik xanımla evləndi (Foto)
-
Ronaldo evləndi - Nikahdan ilk fotonu özü paylaşdı
-
Azərbaycan, ABŞ və Ermənistan arasında Vaşinqtonda üçtərəfli görüş keçirilib - XİN
-
Çempionlar Liqası: "Sabah"ın rəqibi bilindi
-
Burak və Fahriyənin bir bölümdən qazanacağı qonorar bəlli oldu
-
Günün qoroskopu: Görünüşünüzdə dəyişiklik etmək istəsəniz, vaxtıdır
-
Təbriz səmasında qeyri-adi işıq görünür - (Video)
-
Bakını 3 rayonunda qaz kəsiləcək
-
Bred Pitt 7 il sonra yenidən spirtli içki içdi
-
Vlahoviç "Beşiktaş"da
-
İlham Əliyev: Qarabağda və Şərqi Zəngəzurda yeni idarəetmə sisteminin üstünlüklərini gördük
-
Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
-
İlham Əliyevin sosial şəbəkə səhifələrində Mehriban Əliyeva ilə Naxçıvana səfərindən görüntülər paylaşılıb (Video)
-
Prezident: Naxçıvan, Şərqi Zəngəzur, Qarabağ vahid konsepsiya əsasında inkişaf etməlidir
-
Ordubad rayonunda su elektrik stansiyasının tikintisi nəzərdə tutulur
-
Prezident: Azərbaycandan Naxçıvana Ermənistan ərazisindən elektrik xətlərinin çəkilməsi layihəsi hazırdır
-
Prezident: Biz Avropaya elektrik enerjisi ilə də çıxmaq istəyirik
-
İlham Əliyev: Naxçıvan əvəzolunmaz nəqliyyat mərkəzlərinin birinə çevriləcək





