Sabiq rəisin məhkəməsi BAŞLADI
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Rüşvət almaqda təqsirləndirilən Müdafiə Nazirliyinin Mərkəzi hərbi həkim komissiyasının sabiq rəisi Rasim Həsənovun cinayət işi üzrə məhkəmə hazırlıq iclası keçirilib.
Milli.Az "apa.az"a istinadən xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Anar Rzayevin sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib, tərəflərə hüquq və vəzifələri izah edilib.
Daha sonra təqsirləndirilən şəxsin vəkili Sabir Abdinov vəsatət verib. Bildirib ki, müvəkilinin 4500 manat rüşvət almaqda ittiham olunduğu hissə ittiham aktından xaric olunmalıldır. Çünki Rasim Həsənov həmin vaxt nə Müdafiə Nazirliyinin Mərkəzi hərbi həkim komissiyasının rəisi, nə də komissiyanın üzvü olub.
O, həmçinin müvəkkilinin himayəsində azyaşlı övladının olduğunu, səhhətində problem olmasının əsas gətirərək onun ev dustaqlığına buraxılmasını xahiş edib.
Dövlət ittihamçısı ev dustaqlığı vəsatətinin təmin edilməməsini, digər vəsatətin isə məhkəmə baxış iclasında baxılmalı olduğunu bildirib.
Məhkəmə ev dustaqlığı vəsatətinin təmin edilməməsi, digər vəsatətin baxılmamış saxlanılması, işin baxışa verilməsi barədə qərar qəbul edib.
Məhkəmənin baxış iclası 23 apreldə keçiriləcək.
Məlumata görə, Həsənov Rasim Əlövsət oğlunun Müdafiə Nazirliyinin Mərkəzi hərbi həkim komissiyasının rəisi vəzifələrində işlədiyi dövrdə vətəndaşlardan müxtəlif məbləğlərdə rüşvət alması və digər qanunsuz əməllərə yol verməsi barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşdırılıb.
İbtidai istintaqla Rasim Həsənovun 2021-2025-ci illərdə sözügedən vəzifələrdə işləyərkən vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə ona müraciət etmiş hərbi qulluqçuların şəhadətləndirilərək tərxis olunmaları üçün ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində təkrarən almasına və vəzifə saxtakarlığı törətməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Rasim Həsənova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3 (təkrarən külli miqdarda rüşvət alma), 313 (vəzifə saxtakarlığı) və 341.2.3-cü (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham elan edilməklə barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Gəncədə yaşayış binasında yanğın olub - FOTO
-
Səidə Bəkirqızı qəzaya düşdü - VİDEO
-
Sabah 2 rayonun bəzi ərazilərində qaz KƏSİLƏCƏK
-
Zamanı sözlə danışdıran yazıçı - Elçinin xatirəsi anılıb - FOTO
-
Əməkdar artistin xanımı xəstəxanaya yerləşdirildi
-
Bakıda günlərdir divarın arasında qalan pişiklər belə XİLAS OLUNDU - VİDEO
XƏBƏR LENTİ
-
Dünyanın ən yüksək dağı Everest deyilmiş
-
Avropanın tanınmış klubu "Sabah"ın futbolçusunu transfer etmək istəyir
-
Beş bacı-qardaşın hamısı professordur, ataları akademik
-
“Sabah” “Zirə” oyununda hesab açıldı - YENİLƏNİR
-
Gənc yaşda ən böyük səhvləri edən 4 bürc
-
28 marşrutun hərəkət sxemi dəyişdirilir - Bu tarixdən
-
Qatığın tam tutması üçün nə etməli?
-
Şuşa və Gədəbəyə dolu düşdü
-
Bakının mərkəzi küçələrindən biri 2 günlük bağlanır
-
PSJ "Real Madrid"in oyunçusunu istəyir
-
Bakı Dəmiryolu Vağzalında üztanıma ilə ödəniş tətbiq olunacaq
-
“Çakır”dan üzücü xəbər
-
Dünyanın ən isti 50 şəhəri bir ölkədə toplandı
-
Gəncədə yaşayış binasında yanğın olub - FOTO
-
Səidə Bəkirqızı qəzaya düşdü - VİDEO
-
"İzzətin yanında mənə "Əməkdar artist" deməyin"
-
Arvadı Makronu təyyarədə sillələdi
-
Azərbaycan beynəlxalq axtarışa verilən Hindistan vətəndaşını təhvil verib
-
Bayrama yaxın heyvan QİYMƏTLƏRİ
-
Ərdoğan Qazaxıstana getdi
-
Artıq taksilərdə də "BakıKart" ilə ödəniş etmək mümkün olacaq?
-
Vaşinqtonun İran planı məlum oldu
-
Ölkədə banklarla bağlı yeni QƏRAR
-
Adnan Şensesin qızı vəfat etdi - FOTO





