Hadisə

Bakıda bloqerlər qaydanı pozdu - DİN tədbir gördü

17 Sentyabr 2025 20:17
Baxış: 399
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bakıda yol hərəkəti qaydalarını pozaraq video çəkib paylaşan bloqerlər barəsində tədbir görülüb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən (BŞDYPİ) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sosial şəbəkələrdə yayılan videogörüntü ilə bağlı araşdırma aparılıb.

Araşdırmalar nəticəsində qayda pozuntusuna yol verən sürücü polis əməkdaşları tərəfindən müəyyən edilib.

Faktla bağlı sürücünün barəsində inzibati protokollar tərtib olunub və tədbir görülüb.

Qeyd edək ki, Bakıda bir qrup bloqer yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq həm özlərinin, həm də digər yol hərəkəti iştirakçılarının həyatını ciddi təhlükə altına atıb.

Onlardan biri hərəkətdə olan avtomobildə səkkiz nəfərin olduğunu bildirib. Bu isə qanunvericiliklə müəyyən edilmiş normadan xeyli artıq sərnişindaşıma olmaqla yanaşı, həm də sürücünün diqqətini yayındıran əsas amillərdən biridir.

Bundan əlavə, avtomobilin sükanı arxasında olan şəxs daxil olmaqla heç bir sərnişinin təhlükəsizlik kəmərindən istifadə etməməsi qəza zamanı ölüm riskini dəfələrlə artıran ciddi qayda pozuntudur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.