XX əsrdə İslamda tolerantlıq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bildiyimiz kimi, İslam dini yarandığı vaxtdan İsalmın müqəddəs kitabı olan "Qurani-Kərimi" rəhbər tutaraq müasir dövrümüzə gəlib çıxmışdır. İslam dini XX əsrdə, yarandığı vaxtdan fərqli olaraq insanlar tərəfindən əsasən iki formada qəbul olunmuşdur:
1. Həqiqi İman
2. Təqlidi İman
Yarandığı vaxt yəni VII əsrdə insanlar islamı həqiqi anlayaraq qəbul edirdilər, çünki onlar islamın ilkləri idi. Həqiqi iman İslamı anlayaraq onun şərtlərinə inanaraq əməl etməkdir. Təqlidi iman isə mən müsəlmanam deyərlər, dinim İslamdı deyərlər, amma niyə müsəlmansan sualı verdikdə, çünki valideynlərim müsəlmandı məndə müsəlmanam deyərlər.Təqlidi iman edənlər islamın şərtlərinə qismən əməl etsələrdə niyə bu əməli edirsən sualı verdikdə isə hər kəs edir məndə edirəm deyə cavab verirlər.
Ölkəmizdə əsasən təqlidi iman Sovetlər birliyində olduğumuz vaxtlar daha çox yayılmışdır, amma müstəqillik əldə etdikdən sonra ölkəmizdə əsasəndə Ulu Öndər Heydər Əliyevin 1993-cü il hakimiyyətə gəldiyi dövrdən sonra demokratik dövlət quruculuğu əldə etdik. İnsanlar sərbəst düşüncə əldə etdilər, sərbəst formada öz dinlərini öyrənib təqlidi imandan həqiqi imana keçdilər.
***
Müasir dövrdə İslamda əsas məsələlərdən biri tolerantlıq və dialoqdur. İnsanların ünsiyyətində qarşılıqlı münasibətlərində anlayışların rolu inkaredilməzdir. Lakin onların məna çərçivəsi dəqiq müəyyən edilməlidir. Bu gün eyni dünyagörüşünə malik insanların dinlərarası dialoq ətrafında apardığı mübahisələrin bir səbəbi də ortaq anlayışın formalaşdırılmamasıdır. Əks halda, saysız ortaq dəyərlərə malik insanların iman birliyinə baxmayaraq, vahid düşüncə və fəaliyyət birliyi qura bilməməsinin başqa izahı ola bilməz.
Amerikanın Rays Universitetində Dini Tolerantlığın Araşdırılması və İnkişaf Etdirilməsi Mərkəzinin sədri, dinlər tarixi üzrə mütəxəssis Dr. Cill Karroll maarifçilik hərəkatını tədqiq edərkən XX əsr İslam alimlərini Konfutsi, Platon, Kant, Mill, və Sartr kimi müxtəlif dövrlərdə yaşamış, fərqli dünyagörüşünə və fəlsəfi düşüncələrə sahib mütəfəkirlərlə müqayisəli şəkildə tədqiqata cəlb edir. Bu mütəfəkkirlərə üstünlük verməsinin səbəbinə gəlincə, müəllif bunu ilk növbədə onların insan həqiqətinin mahiyyəti, yaxşı insan həyatı, dövlət və əxlaq kimi mövzulara əhəmiyyət verməsi ilə əsaslandırır.Müəllifin dioloqa cəlb etdiyi mütəfəkkirlər arasında Sartr kimi dinə xüsusi rəğbəti ilə seçilməyən filosofla yanaşı, inanc sahibi olan Konfutsi, Platon, Kant və Mill də vardır. Beləliklə, müxtəlif dövrləri,dinləri, milli və mədəni mühitləri təmsil edən şəxsiyyətlərin seçilməsi tədqiqatı elmi baxımdan daha da cəlbedici edir.
***
İstər Qərb maarifçi mütəfəkkirlərinin, istərsə də Quranı təfsir edən müsəlman və ya qeydi müsəlman alimlərin insanın əxlaqi ləyaqətinin fitri dəyəri ilə baglı mülahizələrinin müasir dövrdə həyati əhəmiyyət daşıdığını söyləmək yerinə düşür. Mülahizələr təkbaşına və öz-özlüyündə heç bir şeyin öhdəsindən gələ bilməz.
Orta əsrlər dövründə insanlara islam müəyyən yürüşlərlə qəbul etdirilirdisə də XX əsrin sonundan isə, onu sevdirərək, anlataraq qəbul etdirmək formasına keçdi. Əlbətdə bunu islamda islahat kimi qəbul edə bilərik. Hər bir insan qəbul edəcəyi bir şeyi ona qəbul etdirən şəxsin izahından asılı olaraq sevər və qəbul edər. İnsanlara dünyagörüş səviyyələrinə görə danışmaq daha yaxşı olar. Əslində, sevgi bizim inanc və könül dünyamızın da solmaz gülüdür. Hər şeydən əvvəl, Haqq-Təala kainatı məhəbbət ərişləri üzərində bir naxış şəklində hördüyü kimi, varlığın köksündə daima ən ovsunlayıcı bir əda ilə səsləndirilən musiqi də yenə sevgidir. İslam gerçək humanizm və insan sevgisini ehtiva edir. Yeganə fərq budur ki, İslamda gerçək humanizm və insan sevgisi Qurandan qaynaqlandığı halda, humanist fəlsəfədə digər mənbə və ya modellərdən törəyir.
***
Müasir dövrdə islamda yeniliklərdən biri də islamı elmlə əlaqələndirərək izah etməkdir. İslam alimlərinin fikrincə "Bütün kainat həyat və şüur sahibi varlıqlar üçün hazırlanmışdır". Həyat maddəyə yox, maddə həyata xidmət edir. Əgər həyat maddədən asılı, ona bağlı olsaydı, bədəncə nəhəng quruluşa malik bir fil və ya gərgədan bitdən, ağcaqanaddan daha sürətli, daha həssas olardı. Hətta, ən incə hislərlə ən kəskin duyğuların bapbalaca milçəkdə deyil, ondan bəlkə milyon, milyard dəfə böyük olan bir dağda olması lazım gələrdi. Demək maddə sabit və passiv, məna, ruh və həyat isə fəal və aktivdir. Maddə yalnız həyatın xidmətçisidir.Belə olan təqdirdə əsas olan, gördüklərimiz yox, görmədiklərimizdir.
Burdan da bəlli olur ki, İslam edini bütün elmlərin izahını Quranla izah etməyə çalışır. Quran 23 ildə nazil olmaqla, bəşərin yaradılışına və fitrətinə ən uyğun təlqin yolunu seçmiş, həkimin xəstəyə hansı dərmanı nə qədər qəbul edəcəyini təyin etməsi kimi, ehtiyaca görə və tədricən pis əxlaqı, yanlış vərdiş və anlayışları və batil etiqadları ləğv edib, yerlərinə gözəl və doğru olanlarını yerləşdirmişdir. Elmlər də bu istiqamətdə və bu ümumi nizama görə inkişaf etməkdədir.
***
Din alimləri "Mədənlər əfsanəsini"ni Platonun funksional din nəzəriyyəsinin göstəricisi, sənədi hesab edirlər. Yəni dini əfsanə və hekayələr maddi və ya tarixi cəhətdən istər real olsun, istər olmasın, cəmiyyətdə faydalı funksiya yerinə yetirə bilər. Əfsanənin özü həqiqətdən məhrum olsa da, ümumən əfsanə və ya hekayədə əksini tapan "gerçəklər" metafizik və ya fəlsəfi həqiqət ehtiva edir. Sokratın "Mədənlər" əfsanəsi də bu mahiyyətdədir.
Müasir dövrdə insanların imanının, elminin, tərbiyəsinin inkişafı yalnız təhsillə mümkündür. İnsan həyatının əsas vəzifə və məqsədi idraka yiyələnməkdir. Təhsil adlanan bu idraka yiyələnmə səyi bir mükəmməlləşmə prosesidir ki, biz onun vasitəsilə varlığımızın mənəvi, intelektual və fiziki müstəvilərdə yaradılışın mükəmməl nümunəsi olaraq bizə verilən məqamı əldə edirik. Həyatda başlıca vəzifəmiz düşüncəmizdə, idrakımızda kamal və saflıq əldə etməkdir.
Həqiqi həyat ancaq elm yolu ilə mümkün olduğu üçün öyrənmə və öyrətməyi ehmal edənlər, buna laqeyd yanaşanlar bioloji cəhətdən yaşasalar da, "ölü" sayılırlar. Biz öyrənmək və öyrəndiklərimizi başqalarına ötürmək üçün yaradılmışıq.
DİGƏR XƏBƏRLƏR
-
Bakı WUF13-ü qarşılamağa hazırdır - WUF13 Azerbaijan
-
Azərbaycanda 4 günlük iş həftəsi tətbiq OLUNUR?
-
Yağıntılı hava şəraiti nə vaxtadək davam edəcək? - XƏBƏRDARLIQ - YENİLƏNİB
-
Ordumuz yaz-yay rejiminə keçdi
-
Dövlət torpaq icarə haqqı necə hesablanacaq? - Yeni qaydalar
-
WUF13 tədbiri üçün 480 taksi cəlb edilib
XƏBƏR LENTİ
-
50 yaşından sonra valideyn olan MƏŞHURLAR
-
Yollarda "Əjdaha dişi" dövrü: Sürücülər yolun daraldığını zənn edib sürəti azaldır
-
Limonu kəsməzdən əvvəl bunları etməsəniz, çox şey itirərsiniz
-
Dünyanın ən təhlükəli şirniyyatı bəlli oldu
-
Bakı WUF13-ü qarşılamağa hazırdır - WUF13 Azerbaijan
-
Günün qoroskopu: Bəzən yaxınlarınızın tələbləri sizi yora bilər
-
Bibər qabığını soymağın ən praktik üsulları
-
Leyla Quliyevanın 16 yaşlı qızı - FOTO
-
Hazır qatıq qabları ilə bağlı çoxumuzun etdiyi bu səhv zərər verir
-
Milli Teatrın yeni premyerası: “Kral Lirin faciəsi" - FOTO
-
“Azərbaycan müsiqisi təsvirisənətdə “ günləri Xətai Sənət Mərkəzində baş tutdu - FOTO
-
Azərbaycanla bağlı bu səhvləri təkrarlamayacağam - Paşinyan
-
Dövlət Uşaq Filarmoniyasında Avropa Gününə həsr olunmuş konsert proqramı baş tutub - FOTO
-
Nazilə gəlinini təriflədi
-
Gimnastlarımız turniri 17 medalla başa vurublar - FOTO
-
Azərbaycanda deputata ağır itki - FOTO
-
Uşaq Erkən Müdaxilə Mərkəzinin gəncləri üçün maarifləndirici proqram təşkil olunub - FOTO
-
"Bəzi futbolçularla vidalaşacağıq" - Qurban Qurbanov
-
Xalq yazıçısı Elçinin xatirəsinə həsr olunmuş "Baş" tamaşası nümayiş olunub - FOTO
-
Boks üzrə ölkə çempionunun meyiti tapıldı
-
"Özüm yetim olsam da, sizi yetim qoymadım"
-
Azərbaycan Milli Konservatoriyasının “Mirasdan müasirliyə” adlı hesabat konserti baş tutdu – FOTO
-
“Mançester Siti” 8-ci dəfə İngiltərə Kubokunu qazanıb
-
Uşağına görə məzuniyyətə çıxan valideynlərin nəzərinə





