Cəmiyyət

Gömrükdən nə qədər qızıl və almaz keçirmək olar?

19 Aprel 2015 10:26
0 Şərh     Baxış: 3 654
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Baş nazir Artur Rasizadə Nazirlər Kabinetinin "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları"nda dəyişiklik edib.

Nazirlər Kabinetindən lent.az-a verilən məlumata görə, dəyişikliyə əsasən, "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları"nın 2.1.10-cu yarımbəndində "və 600 ədəd siqaret" sözləri ", "600 ədəd siqaret və 20 qram qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş 0,5 karat almaz" sözləri ilə əvəz edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.