Yol polisi istədiyi yerdə dönmə edə bilərmi?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Paytaxt yollarında açıq lyuklar və dərin çuxurlar tez-tez sürücülərin qarşısına çıxır. Bu mövzuda yazan "Bizim Yol" qəzeti qeyd edir ki, yol hərəkətinin təhlükəsizliyi təmin olunmur. Müəllifin qeydlərinə görə, Dövlət Yol Polisi yollardakı təhlükə yaradan məsələlərin aradan qaldırılması üçün təqdimat verməyi "unudur".Kamran Əliyev: "Yol polisi, təcili tibbi yardım, yanğından mühafizə xidməti maşınlarının qanunun tələblərindən kənara çıxmaq səlahiyyəti var"
Ancaq bu təhlükə mənbələrini aşkarlayıb təcili təhlükəsizlik tədbirləri görmək və müvafiq qurumlardan təhlükə mənbələrinin aradan qaldırılmasını tələb etmək məhz DYP-nin vəzifəsidir. Qəzet xatırladır ki, "Polis haqqında" Qanunun 3-cü maddəsinin 16-cı bəndində (polisin vəzifələri barədə) göstərilir ki, polis yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görməlidir.
Yol polisinin vəzifə və səlahiyyətləri barəsində ikinci bir sual isə redaksiyamıza oxucular tərəfindən ünvanlanıb.
Sürücülər yazırlar ki, yol patrul xidməti əməkdaşları YPX maşınlarını istədiyi yerdə saxlayır, istədiyi yerdə manevr edir, qoşa, yaxud tək xətt olan yerdə dönmə əməliyyatı edir. Yəni yol polisi özü yol hərəkət qaydalarını pozmuş kimi görünür. Şəhərin müxtəlif ərazilərində bu hallara rast gəlmək olar. Ancaq əslində necə olmalıdır, qanunda nə göstərilib?
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev "Yeni Müsavat"ın suallarını cavablandırarkən bildirdi ki, açıq lyuklarla bağlı sual Bakı Şəhər Dövlət Yol Polisinə ünvanlanmalıdır. Onun sözlərinə görə, açıq lyuklarla bağlı problemə sözügedən idarə baxır.
K.Əliyev patrul xidməti maşınları barəsində isə bildirdi ki, onların qanunun tələblərindən kənara çıxmaq səlahiyyəti var.
BDYPİ rəsmisi qanunda yol polisi, təcili tibbi yardım, yanğından mühafizə xidməti maşınlarının qaydalardan kənara çıxmaq səlahiyyətinin olduğunu xatırlatdı. Yəni yol polisi maşını sayrışan işıqları qoşmaqla qadağan olunmuş yerdən dönə bilər. K.Əliyev bildirdi ki, yol polisi, təcili yardım, yanğınsöndürən maşınları sayrışan siqnalla gedəndə sürücülər ona yol verməlidir: "Yol hərəkət iştirakçıları yol vermədiyi halda inzibati məsuliyyət daşıyır".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
1988-ci ilin binası sökülür – Sakinləri kirayə evlərə köçürüldü
-
Maksimum balı o topladı
-
Hantavirusu evdə belə yoxlamaq olar
-
Təsdiqlənməmiş müraciətlər sistemdən silinəcək - XƏBƏRDARLIQ
-
Vətəndaş 20 manat yükləsə də, balansda 18 manat görünüb - Səbəbi bu İMİŞ
-
Bu peşələrə tələbat ARTACAQ - Bacaranlar SEVİNSİN
XƏBƏR LENTİ
-
Ailəsi üçün öz xəyallarından əl çəkən 3 bürc
-
"Mənə yaxınlaşıb dedilər ki, Zaurla evlənsəniz..."
-
Bu hallarda dövlət qulluğuna test imtahanının nəticəsi ləğv ediləcək
-
Təbiətə 124 min manata yaxın ziyan vuruldu
-
1988-ci ilin binası sökülür – Sakinləri kirayə evlərə köçürüldü
-
Zelenski: Rusiya Prezident Ofisinə zərbə endirməyə hazırlaşır - FOTO
-
Qurban bayramı namazının vaxtı açıqlandı
-
“Hətta indi kişi olmaya bilərdim”
-
Neymar görün haranın vətəndaşlığını aldı
-
Fatma Mahmudovanın qızı nişanlandı
-
TDT-yə üzv dövlətlərin başçıları Türküstan Bəyannaməsini imzalayıb
-
Maksimum balı o topladı
-
Hantavirusu evdə belə yoxlamaq olar
-
Təsdiqlənməmiş müraciətlər sistemdən silinəcək - XƏBƏRDARLIQ
-
Röya "YouTube"dan silinən mahnısından DANIŞDI
-
Bu yol ÇÖKDÜ - Sürücülərin DİQQƏTİNƏ
-
Vətəndaş 20 manat yükləsə də, balansda 18 manat görünüb - Səbəbi bu İMİŞ
-
Xalq artistinə bəxşiş verməyi reklam edən şəxs QINANDI - VİDEO
-
Bu peşələrə tələbat ARTACAQ - Bacaranlar SEVİNSİN
-
Makron və həyat yoldaşı ilə bağlı diqqətçəkən iddia
-
Evi, obyekti olanların NƏZƏRİNƏ: Bunu etməyənlər cərimələnəcək
-
Putin müəllimini şam yeməyinə apardı - VİDEO
-
ADY WUF13 günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında TDT Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü ilə bağlı paylaşım edilib - FOTO





