Paytaxt yollarında açıq lyuklar və dərin çuxurlar tez-tez sürücülərin qarşısına çıxır. Bu mövzuda yazan "Bizim Yol" qəzeti qeyd edir ki, yol hərəkətinin təhlükəsizliyi təmin olunmur. Müəllifin qeydlərinə görə, Dövlət Yol Polisi yollardakı təhlükə yaradan məsələlərin aradan qaldırılması üçün təqdimat verməyi "unudur".Kamran Əliyev: "Yol polisi, təcili tibbi yardım, yanğından mühafizə xidməti maşınlarının qanunun tələblərindən kənara çıxmaq səlahiyyəti var"