Bakının London yeniliyi: məmurlar istərsə, olar - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Adıçəkilən şəhərin simvoluna çevililmiş "keb" adlı taksilərin yeni modelləri istismara hazırlanır. Tətbiq olunacaq hibrid sistemli taksilərin səmərəsi isə ekoloji, həm də iqtisadi tərəfdən çox əlverişlidir.Avropanın bir sıra ölkələrinin bir neçə ildir ki, nəqliyyat sistemində edilən dəyişikliklərə London da qoşuldu
Milli.Az bildirir ki, 10 ildir hazırlanan və layihəsi uğurla başa çatdırılan taksilər indiki taksilərlə müqayisədə, mühərrikin tam enerji səviyyəsinə çatdırılmasından sonra 3 dəfə artıq məsafə qət edir. Yeni taksilərin ətraf mühitə vurduğu zərər 75 faiz azdır və onlar yanacaq doldurulandan sonra 560 km məsafə qət etmək gücündədir.
Bəs Bakıda necə, "London taksi"lərinin hibrid sisteminə keçməsi nə dərəcədə realdı və bu cür yeniliklər şəhərimizdə də tətbiq oluna bilərmi?
Qeyd olunan sualla bağlı ilk olaraq fikri iqtisadçı ekspert Samir Əliyevdən aldıq.

S.Əliyev Milli.Az-a açıqlamasında, ilk öncə, bu cür taksilərin qənaətcillik baxımından həm də ekologiya tərəfdən cəmiyyət üçün çox xeyirli ola biləcəyini vurğulayıb.
"Əslində, Azərbaycanda da bu cür işlərin görülməsinin tam vaxtıdı. Hətta bir neçə ay bundan əvvəl söhbətlər gedirdi ki, SOCAR bununla bağlı artıq elektrikdoldurma məntəqələrinin tikintisinə başlayır.
Misal üçün, Estoniyada taksilərin hibrid sisteminə keçidi ilə bağlı artıq qərar verilib, digər ölkələr arasında Fransa da var və əlbəttə ki, bu siyahıya London da daxil oldu. Mənim fikirimcə, Azərbaycan da buraya daxil ola bilər və belə bir dövlət proqramının hazırlanmasına ehtiyac var.
İlk öncə, proqram özündə nəyi nəzərdə tutmalıdır: birinci növbədə infrakstrukturun yaradılması, yanacaqdoldurma məntəqələrinin ölkə boyu tikilməsi və o cümlədən də servis xidməti. İkinci növbədə, vergi sistemi. Bu sistemdə elektriklə çalışan maşınların vergidən azad olunaraq güzəştlər tətbiq olunmalıdır.
Özünüz də təsəvvür edin ki, bu cür maşınlar Bakı üçün nə qədər xeyirli olardı. Şəhərimizdə adi bir tıxacda avtomobillər havaya nə qədər ziyan vurur.
İlkin olaraq, ən azından bizim "London taksi"lərində hansısa bir proyekt tətbiq eləmək olar. Heç olmasa, aeroport istiqamətindən Bakıya gələn taksilərdə istifadə etmək olar. Çünki qeyd olunan istiqamətdə tıxaclara ara-sıra rastlanır. Hətta İçərişəhərdə də elə etmək olar ki, ancaq ora hibridlə işləyən maşınlar daxil olsun. Bunun hamısı mərhələ-mərhələ olmalıdı. Ona görə də ən azından qeyd olunanlardan başlamaq olar", - Samir Əliyev bildirib.
Ekologiya baxımından bu cür yeniliyi çox gözəl dəyərləndirən Telman Zeynalov nədənsə bunun Bakıda reallaşdırıla bilməyəcəyi qənaətindədir.

Ekoloq bildirib ki, "keb" avtomobilləri bizim üçün qiymət baxımından sərfəli olmayacaq.
"Əgər həmin avtomobilləri biz taksi kimi fəaliyyətə götürsək, onların, ilk öncə, necə və harada akkumulyatolarını doldurmağı fikirləşməliyik.
Xaricdə həmin taksilər, onsuz da, bahadı və onları bura gətirib çıxarılsa, dəyəri iki qat artacaq. Ona görə də bunların hamısını nəzərə alsaq, bizim üçün sərfəli olmayacaq.
Əgər "keb"lər Azərbaycana gətirilsə, çox gözəl olar, əsasən də ekoloji tərəfdən. Hazırkı avtomobillər tonlarla çirkab atır havaya və bunların hamısı yaşıllıqların qırılmasına və insan sağlamlığına ciddi ziyan vurulmasına gətirib çıxarır.
İnanmıram ki, yeni "London taksi"ləri bura ucuz başa gəlsin. Yeni soyğunçuluq obyektinə çevriləcək. Deyəcəklər benzin yandırmır, havanı təmiz saxlayır, insan sağlamlığına mənfi təsir göstərmir, buna görə də qiyməti bahadır. Əgər həmin taksilər bura gətirilsə, biz istəsək də, istəməsək də, bu cür şeylərlə rastlaşacağıq", - Telman Zeynalov deyib.
Ceyhun Ələkbərov
Milli.Az
Böyütmək üçün şəkillərə kilkləyin.


DİGƏR XƏBƏRLƏR
-
“Galendewagen”lə insident törədən sürücüyə cəza verildi
-
Dənizkənarı istirahət mərkəzləri soyuq havalara görə boş qalıb
-
Ölkədə sosial şəbəkələrdə yaş yoxlaması sərtləşdirilir
-
“Fundament möhkəm olmalıdır” - Emin Əmrullayev
-
Birbank-dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
-
Bayram günlərində qatarlar şənbə-bazar qrafiki ilə işləyəcək
XƏBƏR LENTİ
-
Köp yaratmayan möhtəşəm ləzzət: Qlütensiz ispanaqlı börək resepti
-
Qatıqlı qəhvəni yoxlamağa dəyərmi?
-
80 illik yubileyinə bunu hədiyyə istəyir
-
Evini göstərdi: “Hekayəmin başladığı yer” - FOTO
-
Araz Nəsirov vəzifəsindən azad olundu
-
Günün qoroskopu: Meditasiya, dua və ya sakit istirahət yaxşı təsir edəcək
-
“Qalatasaray” 50 milyonluq transfer üçün hərəkətə keçdi
-
"İnternlər"in aktrisası vəfat etdi
-
Azərbaycanda hələ də böyük həcmdə neft-qaz ehtiyatları var - Mikayıl Cabbarov
-
Restoranlarda yeni dövr başlayır: Masalarda artıq bunlar olmayacaq
-
Qarabağda və Şərqi Zəngəzurda güzəştlərin müddətinin uzadılması nəzərdən keçirilir - nazir
-
Gəncədə kütləvi dava - Yaralılar var
-
Gədəbəyə dolu düşüb
-
Azərbaycanla Avstriya arasında ilk konsulluq məsləhətləşmələri keçirilib - FOTO
-
İşsizlikdən gileylənir: “Müraciət etdim, xeyri yoxdur”
-
Messi 1957-ci ilin rekordunu təzələdi
-
Barza Collection və MoMA Baku-nun dəstəyi ilə rəssam Tural Möyüfovun ilk fərdi sərgisi – “HÜDUD” təqdim olundu - FOTO
-
“Real”da Vinisius böhranı
-
Pezeşkiandan Trampa cavab: İran hər cür təhdid qarşısında qətiyyətlə dayanacaq
-
Azovda həlak olmuş 4 vətəndaşımızın nəşi ölkəyə gətirilib
-
Milli Gimnastika Arenasında Azərbaycan çempionatı keçirilib - FOTO
-
"Bakımənzilkommunlayihə" Layihə İnstitutu ləğv edilir
-
“Galendewagen”lə insident törədən sürücüyə cəza verildi
-
Yasamalda obyektdə baş verən yanğın söndürülüb - YENİLƏNİB - VİDEO





