Paytaxt nəqliyyatında "intellektual xaos"... - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Paytaxtın ictimai nəqliyyatında yaranmış xaos yeni ildən qismən düzələ bilər. Şəhərdaxili marşrut xətlərində olan basabas, intervalın çoxluğu, avtobusların sınıq-salxaq vəziyyətə düşməsi hər kəsi bezdirib. Sürücülərin qeyri-etik davranışı, dayanacaqlardan kənar saxlama və ümumilikdə avtobuslarda olan rüsvayçılıqdan elə bir adam yoxdur ki, şikayət etməsin.Bakıya yeni avtobusların gətirilməsi ilə ictimai nəqliyyatda vəziyyətin düzələcəyinə ümid yaranıb; intellektual idarəetmə sistemi isə zay çıxdı, sürücülər kart sistemi və maaş verilməsini təklif edirlər
Üstəlik, bəzi marşrut xətlərinin ləğvi şəhərin müxtəlif istiqamətlərində problem yaradıb. Sərnişinlər bir istiqamətə gedən iki marşrut xətti tapa bilmirlər. Nəticədə hərəkətdə olan marşrut xəttində sıxlıq və gecikmələr müşahidə edilir.
Məsələn, Komsomol dairəsindən "Xalqlar Dostluğu" metrosu istiqamətinə dünənə kimi 23 və 49 saylı marşrutlar işləyirdisə, birincini ləğv etdilər. Həmin xəttin avtobuslarını 49 nömrəli marşruta satdıqlarını bəyan etsələr də, faktiki olaraq bu marşrutda interval çoxdur.
Sərnişinlər isə 2015-ci ildə ictimai nəqliyyatda vəziyyətin yaxşılığa doğru bir qədər dəyişəcəyinə ümid edirlər.
Bakıya gətirilən yeni sərnişin avtobuslarının xəttə buraxılmasından sonra problemin həlli gözlənilir. Əslində hazırkı iritutumlu avtobuslar da gətiriləndə güman olunurdu ki, vəziyyət yaxşılaşacaq. Ancaq heç də proqnozlar özünü doğrultmadı.
Çünki nəqliyyat sistemində köklü dəyişikliklər olmalıdır. Hətta Nəqliyyatın İntellektual İdarəetmə Sisteminin yaradılması da marşrutların hərəkətində pozitiv rol oynamadı. Bu günlərdə "Bakıya Türkiyənin "İsuzu" markalı 50 avtobusu gətirilməsi nəyisə dəyişəcəkmi" sualına gəlincə, sürücülərin sözlərinə görə, hər şey Nəqliyyat Nazirliyinin idarəçiliyindən asılıdır.
Onların fikrincə, marşrutlarda olan xaotik vəziyyətə son qoymaq üçün qrafik nizamlanmalıdır, gündəlik plan azaldılmalıdır.
Sürücülər qeyd etdilər ki, gündəlik planın çoxluğu onlar arasında hər gün mübahisəyə, bir-birinin intervalına girməyə səbəb olur. Sürücülər deyirlər ki, indiki avtobuslar da bir neçə il əvvəl gətirilib. Amma çox çəkmədi ki, əksəriyyəti sıradan çıxdı, qapıları xarab oldu, az qala istismar dövrünü baş vurmuş nəqliyyat vasitəsinə çevrildi. Sürücülərin gözü ilə marşrut probleminə baxanda, təklif edirlər ki, kart sistemi tətbiq olunsun, sürücülərə onları qane edəcək əmək haqları kəsilsin.
"Bilirsən necədir? Hamı marşrutdan, şoferlərdən narazılıq edir. Kimi dindirsən, deyəcək ki, sürücülər bərk sürür, harada gəldi saxlayır, avtobusu ağzına kimi doldurur, siqaret çəkir, elə bil, kartof daşıyır. Biz də başa düşürük ki, bunlar heç də yaxşı deyil. Amma bir soruşan yoxdur ki, biz bunu nə üçün etməyə məcburuq? Mən sürücüyəm, öz qohumum, anam, bacım da avtobus minir. Onlar da hər gün eyni problemi yaşayır. Biz istəmərik ki, belə olsun. Amma Nəqliyyat Departamenti bizə qan uddurur. Gündəlik plan, hər gün yoxlama, yanacaq xərci bir ətək puldur. Qazandığımızın 90 faizi onların cibinə gedir. Gündəlik planı çatdırana qədər canımız çıxır. Sürücü yazıq sübh tezdən gecəyə kimi minlərlə adam daşıyır. Hərə bir xasiyyətdə, hər kəsin bir tələbi var. Bizim də əsəblərimiz korlanır. Bunun ən yaxşı yolu kart sistemidir.
Qardaş, metro necə, bu da elə. Bizə də normal maaş versinlər, ailəmizi dolandıraq. Tutaq ki, günə 20-30 manat qazanıramsa, gətirsin ayda mənə 600-700 manat versin. Biz də təmiz işləyək, heç kəs də bir-birinin vaxtına girməsin," - deyə 40 nömrəli marşrutda işləyən sürücülərdən biri danışır.
Qeyd edək ki, "Avro 5" standartlarına cavab verən bu avtobuslar digərlərindən geniş salonu, rahat oturacaqları və müasir texniki təchizatı ilə fərqlənir. Avtobuslar müasir videomüşahidə və videoqeydiyyat sistemi, həmçinin kondisionerlə təchiz olunub. Fiziki imkanları məhdud insanların, eləcə də yaşlı sərnişinlərin rahat minib-düşə bilməsi üçün xüsusi panduslar da quraşdırılıb.
İyirmi dörd oturacağı olan bir avtobusun sərnişin tutumu 69 nəfərdir. Bu avtobusların sürücüləri sərnişinlərə yeni geyim formalarında xidmət göstərəcəklər. Yeniliklərdən biri də ondan ibarətdir ki, avtomatik sürət qutusu ilə təchiz edilən avtobuslar qapılar bağlanmasa, yerindən tərpənməyəcək. Yəni, əvvəlki kimi, sərnişinlərin qapıdan sallanmaları mümkün olmayacaq. Bundan başqa, avtobusların yan şüşələri salona düşən günəş işığını təxminən 80 faiz azaldır.
Bu avtobuslar 65 nömrəli marşrut üzrə, sonra isə 61, 79, 18 və 85 nömrəli marşrutlarda xəttə çıxarılacaq. Həmin marşrutlarda işləyən avtobuslar isə mərkəzdən uzaqlaşdırılaraq şəhərkənarı xətlərə veriləcək.
Gələn ilin əvvəllərində isə paytaxta əlavə 150 avtobus da gətiriləcək. Eyni zamanda paytaxtda fəaliyyət göstərən hazırkı marşrut avtobusları bölgələrə də göndəriləcək. Yeni avtobuslar xəttə buraxıldıqca xətdən çıxarılan köhnə avtobusların göndəriləcəyi bölgələr müəyyənləşdirilir.
Vurğulayaq ki, paytaxtda fəaliyyət göstərən bir qisim marşrut avtobusları özəl şirkətlərə məxsusdur və sahibkarlar da xətdən çıxarılan avtobusların əyalətlərə satılmasında maraqlıdırlar. Qeyd edək ki, 5 il müddətinə lizinqlə alınan nəqliyyat vasitələrinin hər birinin dəyəri 150 min avrodur. Ümumilikdə gələn ilə qədər Azərbaycana 200 avtobusun gətirilməsi nəzərdə tutulur.
"Yeni Müsavat"
Böyütmək üçün şəkillərə klikləyin.


DİGƏR XƏBƏRLƏR
-
Sabah Ağdaş və Göyçayın bəzi ərazilərində işıq olmayacaq
-
Mustafa Abbasbəyli vəzifəsindən azad olundu
-
MİQ üzrə ümumi vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb
-
6 rayona xidmət göstərən xəstəxanada KT aparatı niyə işləmir? - Sorğuya cavab
-
Prezident təqaüdçüləri ailə qurur
-
“Şərurlu İsfəndiyar”: 50 milyonu itirəndə heç təsir etmədi" - (Video)
XƏBƏR LENTİ
-
Xaricdə həyat qurmaq üçün ən yaxşı 10 ölkə - Siyahı açıqlandı - gecə
-
Arıqlamaq istəyənlərin nəzərinə!
-
Quru göz sindromunun yaranma səbəbləri
-
"Fənərbağça"nın yeni transferi Lukakunu Türkiyəyə bağlayan səbəblər varmış - Maraqlı faktlar
-
Müğənni Dəniz uzun aradan sonra - Kəskin dəyişimi müzakirə yaratdı - (Video)
-
30 dəqiqəyə lobyadan dadlı şam yeməyi
-
Masazırda kişi yemək bişirməyən arvadını vəhşicəsinə döydü
-
Bu 3 bürcü gözləyən xoşbəxtliyə hamı həsəd aparacaq
-
"Rufo Gəncinski"yə sui-qəsd oldu
-
Sabah Ağdaş və Göyçayın bəzi ərazilərində işıq olmayacaq
-
Pezeşkianın İlham Əliyevlə telefon danışığı iki ölkənin münasibətlərində yeni səhifə açdı - Əraqçi
-
Limona görə şəhid valideynləri ilə dalaşdı, həbs olundu
-
Mustafa Abbasbəyli vəzifəsindən azad olundu
-
Tərtərdə avtomobil iki piyadanı vuraraq öldürüb
-
“Neftçi” onu transfer etdi
-
Azərbaycanın beynəlxalq axtarışa verdiyi Aleksey Çadayev istefa verdi
-
"Uzak şehir"in aktyoru nişanlandı - (Foto)
-
"Qalatasaray"dan portuqaliyalı ulduza ağlasığmaz təklif
-
Filipp Kirkorova qadağa qoyuldu
-
Bakıda V Beynəlxalq Gənclər Kino Festivalı SALAM keçiriləcək - (Video)
-
İngiltərə Premyer Liqasında yeni qaydalar
-
Bu həftə bəzi bürclər üçün dönüş nöqtəsi olacaq
-
“Həmin mahnını elə-belə yazmışdım” - Səbinədən etiraf
-
Maykl Ceksonun qızı: “Mənə üç həftədə 9 elektroşok verdilər”





