Paytaxtın ictimai nəqliyyatında yaranmış xaos yeni ildən qismən düzələ bilər. Şəhərdaxili marşrut xətlərində olan basabas, intervalın çoxluğu, avtobusların sınıq-salxaq vəziyyətə düşməsi hər kəsi bezdirib. Sürücülərin qeyri-etik davranışı, dayanacaqlardan kənar saxlama və ümumilikdə avtobuslarda olan rüsvayçılıqdan elə bir adam yoxdur ki, şikayət etməsin.Bakıya yeni avtobusların gətirilməsi ilə ictimai nəqliyyatda vəziyyətin düzələcəyinə ümid yaranıb; intellektual idarəetmə sistemi isə zay çıxdı, sürücülər kart sistemi və maaş verilməsini təklif edirlər