"Hazırda Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına daxil olan ölkələrin diasporunun beynəlxalq mövqeyini daha da gücləndirmək, yaşadıqları ölkələrdə fəallığını artırmaq, təsir dairəsini genişləndirmək, xalqlarının maraqlarını müdafiə etmək üçün ortaq regional diaspor mərkəzlərinin qurulması prosesinə başlanılıb. Bu günlərdə Ukraynanın paytaxtı Kiyevdə ilk belə mərkəzin açılışı oldu. Gələcəkdə ABŞ, Almaniya və Fransada belə mərkəzlərin açılması planlaşdırılır".
Bunu Trend-ə müsahibəsində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov deyib.
N.İbrahimov hesab edir ki, bu mərkəzlər türk diasporları arasında koordinasiyanı təmin edəcək və qarşıya qoyulan hədəflərə nail olmaq üçün öz töhfəsini verəcək: "Ümumiyyətlə, türkdilli ölkələrlə münasibətlərin inkişafı hər zaman Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biri olub. Məhz bu siyasətin nəticəsidir ki, Bakı indiyədək türkdilli ölkələrin diaspor qurumları və təşkilat rəhbərlərini bir araya gətirən bir neçə toplantıya ev sahibliyi edib. Bakıda ötən il iki böyük tədbir - Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv dövlətlərin diaspor sahəsində fəaliyyət göstərən dövlət qurumları rəhbərlərinin toplantısı və diaspor təşkilatları rəhbərlərinin forumu keçirildi. Bu tədbirlər türkdilli xalqların diasporunun birgə fəaliyyəti, xüsusilə də türkdilli xalqları narahat edən məsələlərin dünya ictimaiyyətinə çatdırılması və müəyyən məsələlərin həlli baxımından əhəmiyyətli olub. Bu istiqamətdə Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan diasporunun birgə fəaliyyətini təmin etmək məqsədilə ortaq fəaliyyət strategiyası qəbul olunub".
Dövlət Komitəsinin sədri qeyd edib ki, Azərbaycanın ən ağrılı məsələsi olan Qarabağ probleminin həllində, o cümlədən ermənilərin Azərbaycan ərazilərində, xüsusilə də Xocalıda törətdiyi qətllərin, insanlığa sığmayan vəhşiliklərin dünyada qəbul edilməsində bu cür birliyin böyük əhəmiyyəti var: "Xocalı soyqırımının tanıdılması məqsədilə Avropa ölkələrində, Amerikada keçirdiyimiz tədbirlərin bir çoxunda türk diasporunun dəstəyini görürük. Artıq azərbaycanlıların demək olar bütün təbliğat xarakterli tədbirlərində, aksiyalarda türkdilli ölkələrin bayraqları görünür".
Qeyd edək ki, dekabrın 24-də Kiyevdə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun mərkəzi ofisi və Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına daxil olan ölkələrin ilk ortaq regional diaspor mərkəzinin açılışı olub. Qurulan regional diaspor mərkəzi türkdilli ölkələrin beynəlxalq mövqeyinin gücləndirilməsi, türkdilli dövlət və xalqların mədəniyyətinin, dəyələrinin tanıdılması, müsbət imicinin formalaşdırılması, sosial-siyasi baxımdan fəallığın artırılması, bu xalqların digər ölkələrdəki maraqlarının müdafiəsi, Türk dünyasının əleyhinə aparılan təbliğat kampaniyalarının qarşısının alınması, türk xalqlarının qarşılaşdığı problemlərlə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində önəmli addımlar atacaq.
Bu cür mərkəzlərdə türkdilli ölkələrin diaspor istiqamətində fəaliyyət göstərən dövlət qurumlarının nümayəndələri və yerləşdiyi ölkədəki türkdilli diaspor təşkilatlarının üzvləri təmsil olunacaq və Şuraya üzv olan ölkə təmsilçilərinin daxil olduğu İdarə Heyəti tərəfindən idarə ediləcək.
Milli.Az
Cəmiyyət
Nazim İbrahimov ortaq regional diasporun anonsunu verdi
27 Dekabr 2014 13:50
0 Şərh
Baxış: 698
DİGƏR XƏBƏRLƏR
- "Cığır" romanı Türkiyə türkcəsində ikinci dəfə çap edildi
- Ərinə əsəbiləşən qadın küçənin ortasında SOYUNDU - VİDEO
- 12 yaşına qədər uşaqlar ön oturacaqda əyləşə bilərlər? - VİDEO
- Günün qoroskopu: asan gün deyil
- Növbəti köç karvanı Xocalıya çatıb - YENİLƏNİB - FOTO
- Şeyxin 45 il əvvəlki görüntüsü - FOTO
XƏBƏR LENTİ
- Köçəryan gizli şəkildə yeni partiya yaratdı
- Əli Əsədov Ulyanovsk vilayətinin qubernatoru ilə görüşdü
- Bu il Ağdam Sənaye Parkında 5-dən çox müəssisə fəaliyyətə başlayacaq
- Boşanma qərarı verən Alsu Krımdakı villasını satır - FOTO
- Erməni qız sərhədçilərimizin görüntüsünü paylaşdı, bunları yazdı - FOTO
- Bu ərəb ölkəsindən şok addım: Fələstinin adını xəritədən sildilər
- Millimizdən qollu heç-heçə - FOTO
- Xoşqədəm “İxtiyarım yoxdur” deyə-deyə Xalq artistinin qohumlarını qınadı
- Daha 15 ailə Şuşaya qayıtdı - YENİLƏNİB - FOTO
- Ölmüş heyvan ətini satmaq istədi, cəzalandırıldı - FOTO
- Şahin Diniyev: “Bunu tək mən bilirəm” - VİDEO - FOTO
- “Simpatiçni” ölmək istəyirəm”
- "Cığır" romanı Türkiyə türkcəsində ikinci dəfə çap edildi
- Zavallı Ermənistan: casus katolikos, fırıldaqçı "aksiya lideri" və aldanan ermənilər
- Avropa Parlamentində yoxlama - Ənənəvi problem...
- Sözə baxmayan uşaqlar üçün qəbirlər qoyuldu - VİDEO
- Ceyhun Bayramov Qazaxın 4 kəndinin qaytarılmasından danışdı
- Mayın son günü 33° isti olacaq
- Milli Məclis Niderland Parlamenti Nümayəndələr Palatasının qətnaməsini qınadı
- Türk Mədəniyyəti və İrsi Fondu və Gülnarə Xəlilova "Qarabağın cizgiləri" layihəni təqdim ediblər - FOTO
- "Sənin üçün ölürəm deyir, sabah isə başqasının..." - VİDEO
- AFFA-dan “Neftçi” – “Sabah” oyununa SƏRT REAKSİYA
- “Ölü”də diri qalıb... - FOTOlar
- Nazirlikdə yüksək vəzifə verilən Mustafa Abbasbəyli kimdir?