Cəmiyyət

Bakının daha bir marşrutunda 150 minlik avtobuslar

26 Dekabr 2014 15:06
0 Şərh     Baxış: 1 372
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Bakıda bir neçə gündən sonra daha bir marşurutda yeni avtobuslar işləyəcək.

Bu barədə Bakıda işləyən 65 saylı avtobus xəttinin tabe olduğu "Xaliq Faiqoğlu" MMC-nin şöbə müdiri Füzuli Sadıqov anspress-ə məlumat verib. Onun sözlərinə görə, sabah, yaxud biri gün onların şirkətinə aid olan 61 saylı xəttə də yeni avtobuslar istifadəyə veriləcək.

"Bizim şirkətin təşəbbüsü ilə paytaxta 50 yeni avtobus gətirilib. Türkiyədə istehsal olunan "İsuzu" markalı avtobusların birinin qiyməti 150 min avrodur. İlk öncə 65 saylı xəttə buraxmışıq. Bir neçə günə isə 61 saylı xəttə də yeni avtobuslar buraxacağıq", - deyə Füzuli Sadıqov bildirib.

61 saylı avtobus xəttində 23 avtobus işləyəcək. Şirkət rəsmisi bildirib ki, avtobusların yenilənməsində əsas məqsəd sərnişinlərin rahatlığını təmin etməkdir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.