Cəmiyyət

Axşam saatlarında bəzi avtobuslar niyə qeyb olur? - RƏSMİ AÇIQLAMA

17 Dekabr 2014 17:07
0 Şərh     Baxış: 1 871
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Bakı və ətraf qəsəbələrin sakinləri axşam saatlarından etibarən bəzi ictimai nəqliyyat vasitələrinin işləməməsindən şikayət edirlər.

APA-nın məlumatına görə, sözügedən problem 21:00-22:00 radələrindən etibarən yaşanır. Sakinlərin məlumatına görə, əsasən 2, 10, 13, 32, 35, 38, 66, 78, 90, 104, 108, 116, 125, 134, 136, 147, 148, 158, 161, 170, 171, 179, 199 nömrəli xətt marşrutları son reyslərini ən gec 22:00-da həyata keçirirlər. Sərnişinlər iddia edirlər ki, sürücülər "planı" artıqlaması ilə doldurduqlarından və daha çox qazanc götürdüklərindən axşam saatlarında işləməyə maraqlı olmurlar.

Məsələyə münasibət bildirən Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat İdarəsinin Bakı Regional Şöbəsinin rəis müavini Əmrah Cəfərov bunun real vəziyyət olmadığını deyib. Ə. Cəfərov bildirib ki, avtobuslarının axşam saatlarda sayının azalması nəqliyyat vasitəsinin təmirə dayanması və ya nasaz olması ilə əlaqədar ola bilər.

"Bir qayda olaraq ictimai nəqliyyat vasitələri səhər saat 06:00-dan axşam saat 00:00-dək işləyirlər. Ancaq saat 08:00-dan 00:00-dək iş qrafikində maşınların sayı azala bilər ki, bu da sərnişin daşınmanın axının azalması ilə bağlı olur. Məsələn, 10 marşrutun hamısı ard-arda işləyə bilməz. Burada yanacaq sərfiyyatını da nəzərə almaq lazımdır. Bununla yanaşı, bu nəqliyyat vasitələri fərdi sahibkarlara məxsusdur və onlar da daha çox gəlir götürmək də maraqlı olurlar. Misal üçün avtobus hər dövriyyəsinə 40-50 manat gəlir götürürsə, niyə saat 21:00-dan sonra da işləməsin? Həmçinin sərnişin axınını da nəzərdə saxlamaq lazımdır", - deyə Ə. Cəfərov söyləyib.

Ə. Cəfərov sərnişinlərdən bu cür hallarla rastlaşdıqları halda, o cümlədən avtobuslara aid digər problemlər yarandığı zaman (012) 563-24-44 nömrəli "Qaynar xətt"ə zəng etmələrini xahiş edib. Onun sözlərinə görə, buraya daxil olan hər bir məlumat yerindəcə araşdırılır və müvafiq tədbir görülür.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.