Ot basmış yerdə neçə ümid ölüb - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda isə, o cümlədən Bakıda, ən ağır yaralı və xəstələrin xəstəxanaya çatdırılması üçün təcili yardım avtomobilindən başqa çıxış yolu yoxdur. Yolların tıxaclı olması, o cümlədən təcili yardım maşınına sürücülərin yol verməməsi bəzi hallarda xəstənin yolda keçinməsinə səbəb olur.Azərbaycanda ölüm ayağında olan xəstənin taleyini bəzən dəqiqələr yox, saniyələr həll edir. Onu xəstəxanaya çatdırmaq üçün avtomobilin imkanları kifayət etmir. Bu səbəbdən dünyanın əksər ölkələrində bəzi xəstələri, yaralıları, hətta doğuş anında olan hamilələri xəstəxanaya çatdırmaq üçün təcili yardım helikopterlərindən istifadə olunur
Bir müddət əvvəl Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov Milli.Az-a açıqlamasında demişdi ki, Bakı şəhərində təcili yardım helikopterlərinə ehtiyac yoxdur. Əsaslandırmışdı ki, helikopterin qalxması üçün həkim briqadası helikopter meydançasına getməli, pilotlar gəlməli, uçuşa hazırlanmalı, hadisə yerinə gəlməsi üçün bir saatdan da çox vaxt sərf olunur. Helikopterlərin təcili yardım stansiyasında dayanması da mümkün deyil, çünki ona texniki xidmət lazımdır. Lakin bir neçə gün əvvəl təsadüfən rastlaşdığımız mənzərə göstərdi ki, məsələ heç də Mürsəl Həmidovun dediyi kimi qəliz və vaxt aparan deyil. Şəhərin düz mərkəzində, Azərbaycanın ən böyük səhiyyə ocağı sayılan 1 saylı Şəhər Xəstəxanasının həyətində standarta uyğun helikopter meydançasının mövcudluğunun şahidi olduq. Meydançaya ilk baxışdan hiss olunur ki, bura helikopter sonuncu dəfə çox uzaq zamanda enib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli Milli.Az-a açıqlamasında bildirdi ki, helikopter uzaq rayonlardan Bakının mərkəzi xəstəxanalarına gətirilərkən istifadə olunur. Əgər xəstəxana yaxındırsa, helikopterdən istifadə edilmir.
Nazirlik rəsmisinin sözlərinə görə, Azərbaycanda helikopter istifadəsinə ehtiyac olmur: "Belə böyük məsafələr yoxdur ki, dərhal xəstə helikopterlə Bakıya gətirilsin. Məsələn, helikopter bir saata xəstə olan rayona, bir saata geriyə qayıdır. Həmin müddətə reanimobillər müasir mərkəzə çatdıra bilirlər. Bəzən olur ki, rayonda xəstə üzərinə mütəxəssislər helikopterlə göndərilir. Hər gün istifadəsinə ehtiyac yoxdur. Gəncədə qəza olursa, həmin şəhərin müasir klinikalarına xəstə çatdırılır. Əgər ixtisaslaşdırılmış xəstəxanalara çatdırmaq lazımdırsa, o zaman helikopterlərdən istifadə olunur".
Anar Məmmədov
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.



DİGƏR XƏBƏRLƏR
-
Sabah Abşeron çimərliklərində hava necə olacaq?
-
Buraxılış imtahanlarının əlavə mərhələsi keçirilib - Nəticələr 5 günə açıqlanacaq
-
Uçan maşınlar satışa çıxdı: Qiyməti açıqlandı
-
Hava kəskin dəyişir: Qar yağacaq - Proqnoz
-
Avropa təcrübəsindən Azərbaycanın haqlı mövqeyinə baxış: Şuşanın daşlarına yazmaq niyə xatirə yox, irsə müdaxilədir?
-
BDYPİ sürücülərə müraciət etdi
XƏBƏR LENTİ
-
Sabah Abşeron çimərliklərində hava necə olacaq?
-
İranda “İqtisadi Hərbi Qərargah” yaradıldı
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Pakistan və Türkiyə XİN rəhbərləri Məkkə sazişini müzakirə etdilər
-
"Qarabağ"ın sabiq futbolçusu istefa verdi
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar - (Video/Foto)
-
Stiv Uitkoff və Cared Kuşner Kiyevə səfər etdi
-
“Tottenhem” 53 illik antirekordu təkrarladı
-
Naxçıvanda zəncirvari qəza olub, xəsarət alanlar var
-
Buraxılış imtahanlarının əlavə mərhələsi keçirilib - Nəticələr 5 günə açıqlanacaq
-
Azərbaycan millisinin qapıçısı bu kluba keçdi
-
“A.B.İ.” serialının ikinci mövsümünün yayım tarixi açıqlanıb
-
Uçan maşınlar satışa çıxdı: Qiyməti açıqlandı
-
Almaniya dron və kiberhücumlara qarşı müdafiəni gücləndirir
-
Hava kəskin dəyişir: Qar yağacaq - Proqnoz
-
Vulkan püskürməsi İndoneziyada aviareysləri iflic etdi
-
Cəlilabad sakini Astarada faciəvi şəkildə öldü
-
Kabo-Verdedə faciə: Avtobus 30 metr hündürlükdən dərəyə yuvarlandı
-
Trampın bəyənilmə reytinqi rekord dərəcədə aşağı düşüb
-
Sara Xəlifə ölüm cəzasına məhkum edildi
-
Prezident İlham Əliyev: Azərbaycan-Esvatini münasibətlərinin inkişaf etdirilməsi üçün yaxşı şərait formalaşıb
-
Avropa təcrübəsindən Azərbaycanın haqlı mövqeyinə baxış: Şuşanın daşlarına yazmaq niyə xatirə yox, irsə müdaxilədir?
-
Selen Öztürk yeni serialla ekranlara qayıdır
-
Prezident İlham Əliyev Esvatininin Kralına təbrik məktubu ünvanlayıb





