Azərbaycanda isə, o cümlədən Bakıda, ən ağır yaralı və xəstələrin xəstəxanaya çatdırılması üçün təcili yardım avtomobilindən başqa çıxış yolu yoxdur. Yolların tıxaclı olması, o cümlədən təcili yardım maşınına sürücülərin yol verməməsi bəzi hallarda xəstənin yolda keçinməsinə səbəb olur.Azərbaycanda ölüm ayağında olan xəstənin taleyini bəzən dəqiqələr yox, saniyələr həll edir. Onu xəstəxanaya çatdırmaq üçün avtomobilin imkanları kifayət etmir. Bu səbəbdən dünyanın əksər ölkələrində bəzi xəstələri, yaralıları, hətta doğuş anında olan hamilələri xəstəxanaya çatdırmaq üçün təcili yardım helikopterlərindən istifadə olunur