Atalarını bitirən "avtoş" oğullar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son bir neçə ildə məmur övladlarının qudurğanlığı, avtoşluq hekayələri cəmiyyətin müzakirə mövzusudur. Elə ay olmur ki, hansısa yüksək çinli məmur övladının törətdiyi qəza, avtoxuliqanlıq, qanlı dava hadisəsi ilə bağlı mediada xəbər yer almasın. Artıq bu hadisələrin bəziləri məhkəmə iclaslarına daşınıb, bəziləri isə ciddi kriminal hadisə kimi arxivlərdə yer alıb.Biri maşınla adam öldürür, o biri sərxoş vəziyyətdə yola çıxır...
Bunlardan ən çox səs-küy törədəni heç şübhəsiz ki, 2013-cü ilin martında Bakı şəhərinin Suraxanı rayonunda, Zığ yolu şossesində baş verən ağır yol-nəqliyyat hadisəsi oldu. Hava limanı istiqamətində hərəkətdə olan "Mercedes Galendewagen" markalı minik maşını idarəetmədən çıxaraq Azərbaycanın mahir tar ifaçısı, xalq artisti Ağasəlim Abdullayev və ailə üzvlərinin də içində olduğu "VAZ 2106" markalı minik maşınına çırpıldı. Qəza nəticəsində "VAZ 2106" da olan sərnişinlər, xalq artistinin həyat yoldaşı Brilliant Abdullayeva hadisə yerində, azyaşlı nəvəsi Ağasəlim Abdullayev xəstəxanaya aparılarkən yolda dünyasını dəyişdilər. Xalq artisti Ağasəlim Abdullayev, oğlu Vüqar Abdullayev və gəlini Səadət Abdullayeva isə müxtəlif dərəcəli bədən xəsarətləri aldılar.
Araşdırma aparılarkən məlum olub ki, qəzaya səbəb "Mercedes"in sürücüsü Xalid Mədətovun həddən artıq sərxoş vəziyyətdə sükan arxasına oturması və sürət həddini aşması olub. Həmçinin o da aydın olub ki, qəza törədən Xalid Mədətov ötən ilin oktyabrında ləğv edilən Xəzər Dəniz Neft Donanması İdarəsinin sabiq rəisi, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini vəzifəsini icra edən Mübariz Mədətovun oğludur.
X.Mədətov 12 il müddətinə azadlıqdan məhrum edilib.
***
2014-cü ilin aprel ayında Bakının Zığ şossesində (aeroport yolu) iki avtomobilin həddən artıq yüksək sürətlə yarışa çıxdığını əks etdirən video yayıldı. Araşdırma nəticəsində məlum oldu ki, avtomobilin sahibi Yevlax gömrüyü rəisinin oğlu, DİN-də işləyən Həsənov Turaldır. Gömrük məmurunun oğlu Tural Həsənov 20 sutka azadlıqdan məhrum edildi və polis sıralarından qovuldu.
Oktyabrın 15-də Bərdə rayonunda yol qəzası baş verib. Sürətlə hərəkət edən Nicat Məmmədovun idarə etdiyi "Mercedes" markalı maşın şəhərin mərkəzi küçələrindən birində-6 saylı məktəbin qarşısında hərəkətdə olan "VAZ 21 015" markalı avtomobili arxadan vurub. Qəza zamanı hər iki avtomobil tamamilə yararsız vəziyyətə düşüb. "VAZ 21 015"in sürücüsünün yüngül xəsarət aldığı bildirilir. Məmur oğlu rayonda avtoş kimi tanınır. Yerli polis hadisə yerində araşdırma aparır.
Qeyd edək ki, Nicat Məmmədov Bərdə rayon icra başçısının müavini İlham Məmmədovun oğludur. Hadisədən sonra o da postundan uzaqlaşdırıldı.
Psixoloqlar sübut ediblər ki, varlı uşaqlarını ümumiləşdirən bir neçə cəhət var. Hansı ölkədə yaşamalarından asılı olmayaraq, bütün varlı uşaqları özlərini həyatın mərkəzi hesab edirlər. Amma bununla paralel olaraq depressiyaya və özünü yükləməyə meylli olurlar. Narsizmi də bu siyahıya əlavə etmək lazımdır. Çünki onlar xarakterlərini guya ki, bu formada ifadə və sübut etməyə çalışırlar. Hətta bəziləri idmanda, elmdə və bəzi sahələrdə uğur nümayiş etdirsələr də, heç nədən razı qalmırlar.
Bu uşaqlardan ailələrinin də gözləntiləri böyükdür. Ailələri onları dünyanın ən yaxşı məktəbində oxumağa göndərir, hər şeyin ən keyfiyyətlisini, bahalısını alır, "olmaz" sözünü az qala gündəlik lüğətdən çıxarırlar. Amma bütün bunlar dost və sevgi əldə etməyə kifayət etmir. Varlı olmaq təkcə şampan içib, Chanel markalı geyimlər geyinmək deyil. Ekzotik səyahətlər, lüks və komfort da bu sözü yetərincə açmır.
Varlı olmaq eyni zamanda doymayan ruh, pik həddə çatmış eqolar, intriqalar, saxta dostluqlar da deməkdir. Daha çox qazanıb, hər zaman hər şeyin az olduğunu hiss etmək deməkdir, eyni zamanda. Hətta pul və gələcək qayğısının kasıblarınkından daha çox olması anlamına gəlir bu söz.
"Yeni Müsavat"
DİGƏR XƏBƏRLƏR
-
Gəncə terrorunda valideynlərini itirən Sevil oğluna ad günü etdi - (Foto)
-
“OBA”dan şəhid qızı Nülufərin dilindən təsirli Zəfər hekayəsi - (Foto)
-
"Xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
-
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat etdi
-
Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - (Foto)
XƏBƏR LENTİ
-
“Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə qonaq da gedirəm” - Elza Seyidcahan
-
Günün qoroskopu: Balans və harmoniya axtarışınız bu gün ön plandadır
-
“Sevgilim 3 il məni aldatdı” - Pərvin Abıyeva
-
Meksikada Zəfər Günü təntənəli şəkildə qeyd olunub - (Foto/Video)
-
Türkiyə Super Liqası: “Qalatasaray” “Amed”i məğlub edib
-
Məleykə Əsədov bacısı qızının ölümündən danışdı - ”Övladları bilmir”
-
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
-
12 yaşlı uşaq qızıl külçəsi tapdı
-
Meqan Marklın atası həbs edildi - (Foto)
-
Sabunçu su altında qaldı - (Video)
-
Niyaməddin Musayevdən maraqlı etiraf
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
Gəncə terrorunda valideynlərini itirən Sevil oğluna ad günü etdi - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşa, Xankəndi və Ağdama səfərindən görüntülər paylaşılıb - (Video)
-
“Qızımın əcnəbi ilə ailə quracağını eşidəndə şoka düşdüm“ - Bəsti Sevdiyeva
-
“OBA”dan şəhid qızı Nülufərin dilindən təsirli Zəfər hekayəsi - (Foto)
-
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
"Xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
-
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat etdi
-
Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
-
Yaponiyada güclü zəlzələ oldu
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - (Foto)
-
Bakıda güclü külək əsəcək - Xəbərdarlıq verildi
-
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - Dosye





