Son bir neçə ildə məmur övladlarının qudurğanlığı, avtoşluq hekayələri cəmiyyətin müzakirə mövzusudur. Elə ay olmur ki, hansısa yüksək çinli məmur övladının törətdiyi qəza, avtoxuliqanlıq, qanlı dava hadisəsi ilə bağlı mediada xəbər yer almasın. Artıq bu hadisələrin bəziləri məhkəmə iclaslarına daşınıb, bəziləri isə ciddi kriminal hadisə kimi arxivlərdə yer alıb.Biri maşınla adam öldürür, o biri sərxoş vəziyyətdə yola çıxır...