Dekabrda dünyanın yarısı 3 gün qaranlığa qərq olacaq? - RƏSMİ AÇIQLAMA
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Əyyub Quliyev APA-ya açıqlamasında belə bir məlumatın elmə məlum olmadığını deyib. O bildirib ki, elmi dairələrdə belə bir söhbət yoxdur, bu barədə yayılan xəbərlər boş söhbətdir: "Günəş tutulması ola bilər. Amma bunun nəticəsində yerin qaranlığa qərq olacağı ilə bağlı məlumat yoxdur. NASA-da gördüklərimiz və mütəmadi izlədiyimiz xəbərlərdə belə məlumata rast gəlməmişəm. Bunlar hamısı yanlış xəbərlərdir və insanları təlaşlandırmaq məqsədilə edilir".Şamaxı Astrofizika Rəsədxanası bu ilin dekabr ayında dünyanın yarısının 3 gün müddətinə qaranlığa qərq olacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib
Şamaxı Astrofizika Rəsədxanasının Günəş və Günəş-Yer əlaqələri şöbəsinin müdiri Namiq Cəlilov da APA-ya açıqlamasında NASA-nın saytında belə bir informasiyanın olmadığını söyləyib. Onun sözlərinə görə, bu barədə başqa saytlar da yazırlar, amma NASA-nın rəsmi saytında belə bir məlumat yoxdur. Şöbə müdiri qeyd edib ki, günəş aktivliyinin proqnozunu əvvəldən vermək mümkün deyil: "Bu proqnozu ancaq 3-4 gün əvvəl vermək olar. Uzunmüddətli proqnozlar vermək, indidən dekabrda günəşlə bağlı hansısa proqnoz irəli sürmək mümkün deyil. Mən də bu məlumatı oxudum. Bu informasiyaya skeptik yanaşıram. Hər gün NASA-nın saytına da baxıram. Amma belə proqnozlar vermək üçün əsas görmürəm. Çünki Günəşdə mürəkkəb fiziki proseslər gedir və əvvəlcədən dekabrda nə olacağına dair məlumat vermək mümkün deyil".
Mütəxəssis qeyd edib ki, Günəşdə partlayışlar mütəmadi olur, amma onun yerə tuşlanıb-tuşlanmayacağını heç kim deyə bilməz. Onun fikrincə, yerə yönəlmə ehtimalını hesablamaq çətin məsələdir: "Bu məlumatla tanış olmuşam. Çox güman ki, NASA-nın adından kimsə yazıb. NASA-nın belə bir məlumatı rəsmi şəkildə bəyan etməsinə inanmıram".
Qeyd edək ki, bir müddət öncə "Amerika Milli Kosmik Agentliyi" (NASA) adından bu ilin dekabr ayında dünyanın yarısının 3 gün müddətinə qaranlığa qərq olacağı barədə xəbərlər yayılıb. Bu xəbərlərə əsasən, guya NASA rəsmiləri 21, 22, 23 dekabr tarixlərində günəş fırtınasının baş verəcəyini, bu səbəbdən dünyanın bir hissəsinin günəşi görə bilməyəcəyini bildiriblər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Gəncə terrorunda valideynlərini itirən Sevil oğluna ad günü etdi - (Foto)
-
“OBA”dan şəhid qızı Nülufərin dilindən təsirli Zəfər hekayəsi - (Foto)
-
"Xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
-
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat etdi
-
Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - (Foto)
XƏBƏR LENTİ
-
“Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə qonaq da gedirəm” - Elza Seyidcahan
-
Günün qoroskopu: Balans və harmoniya axtarışınız bu gün ön plandadır
-
“Sevgilim 3 il məni aldatdı” - Pərvin Abıyeva
-
Meksikada Zəfər Günü təntənəli şəkildə qeyd olunub - (Foto/Video)
-
Türkiyə Super Liqası: “Qalatasaray” “Amed”i məğlub edib
-
Məleykə Əsədov bacısı qızının ölümündən danışdı - ”Övladları bilmir”
-
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
-
12 yaşlı uşaq qızıl külçəsi tapdı
-
Meqan Marklın atası həbs edildi - (Foto)
-
Sabunçu su altında qaldı - (Video)
-
Niyaməddin Musayevdən maraqlı etiraf
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
Gəncə terrorunda valideynlərini itirən Sevil oğluna ad günü etdi - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşa, Xankəndi və Ağdama səfərindən görüntülər paylaşılıb - (Video)
-
“Qızımın əcnəbi ilə ailə quracağını eşidəndə şoka düşdüm“ - Bəsti Sevdiyeva
-
“OBA”dan şəhid qızı Nülufərin dilindən təsirli Zəfər hekayəsi - (Foto)
-
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
"Xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
-
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat etdi
-
Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
-
Yaponiyada güclü zəlzələ oldu
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - (Foto)
-
Bakıda güclü külək əsəcək - Xəbərdarlıq verildi
-
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - Dosye





