N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Əyyub Quliyev APA-ya açıqlamasında belə bir məlumatın elmə məlum olmadığını deyib. O bildirib ki, elmi dairələrdə belə bir söhbət yoxdur, bu barədə yayılan xəbərlər boş söhbətdir: "Günəş tutulması ola bilər. Amma bunun nəticəsində yerin qaranlığa qərq olacağı ilə bağlı məlumat yoxdur. NASA-da gördüklərimiz və mütəmadi izlədiyimiz xəbərlərdə belə məlumata rast gəlməmişəm. Bunlar hamısı yanlış xəbərlərdir və insanları təlaşlandırmaq məqsədilə edilir".Şamaxı Astrofizika Rəsədxanası bu ilin dekabr ayında dünyanın yarısının 3 gün müddətinə qaranlığa qərq olacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib