Baş kəsmək halı niyə çoxalıb?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bir neçə gün öncə öz doğma bacısının başını kəsərək qətlə yetirən bir gənc qızın cinayəti nəinki ölkə gündəmini, hətta Türkiyə mətbuatını da silkələdi. Psixologiyada bu kimi hadisələrin səbəbini ilk dəfə Z.Freyd izah edib. Bütün dünyada analitik yanaşma kimi qəbul olunan Freyd nəzəriyyəsinə görə, uşaqlıqda yaşanan hadisələr, sıxışdırılmış arzu və istəklər, israf olunmamış nifrət, kin, hiddət, qəzəb, qisas, ödənilməmiş tələbatlar insanın gələcək həyatında arzuolunmaz məcraya yönələrək assosial motivlər yaradır.Dəyanət Rzayev: "Boğaz kəsmə cinayətlərinin artmasında həm İŞİD, həm də digər amillər mühüm rol oynayır"
İnsan yaşa dolduqda özündə yaranmış bu neqativ yükə görə qisas almaq istəyir. Ümumiyyətlə, diqqət etsək, görərik ki, son vaxtlar baş verən cinayət halları, əsasən, baş və ya boğaz kəsməklə həyata keçirilir. Maraqlıdır, cinayətlərin çoxalması və bunun xüsusən də əməli törədənin məhz baş kəsməklə qurbanını öldürmək istəməsi nə ilə bağlıdır? Bunda İŞİD-ın təsiri varmı? Məlumdur ki, İŞİD-in baş kəsmə videolarına sosial şəbəkələrdə və xəbər portallarında tez-tez rast gəlirik.
Psixoloq Dəyanət Rzayev boğaz kəsmə cinayətlərinin artmasında həm İŞİD-in, həm də digər amillərin mühüm rol oynadığını bildirdi: "Baş kəsmək asan bir şey deyil. Mən buna baş kəsmək yox, boğaz kəsmək deyərdim. Bu kimi hadisələrin baş verməyində nəinki İŞİD-in, hər bir hadisənin təsiri var. Amma sonuncu baş verən hadisə balaca bacının böyük bacısının başını kəsməsində müəmmalı məsələlər çoxdur. Diqqət etsək görərik ki, qız deyib ki, gecə mənə dedilər ki, dur bacını öldür və sairə. Sonradan da deyir ki, bacım cinsi azlıqlardandır. Mənə elə gəlir ki, bu cəfəngiyyatdır. Deyilənə görə, onlar çox qapalı qızlar olub.
Psixi pozuntunun ən birinci əlaməti özünə qapalılıqdır. Ehtimal ola bilər ki, bu insan nəsə qəribə səslər eşidib və bunun nəticəsində də cinayət törədib. Psixoloqlar bu tip insanları aylarla müşahidə edirlər və sonda onun ruhi xəstə olub-olmadığını müəyyənləşdirirlər. Yəqin ki, bu qızı da belə müayinə edərlər. Əgər qız ruhi xəstə olarsa, o, cinayət məsuliyyətindən azad olacaq və ruhi xəstəxanada məcburi müalicə alacaq. Ümumiyyətlə, cinayət hallarının artmasına səbəb insanlarla polislər arasında münasibətlərin olmaması, insanların polislərdən qorxmasıdır. Nyu-York ən cinayətkar şəhər sayılırdı. Ancaq indi burada cinayət halları 84 faiz azalıb. Cinayət baş verməmişdən onun qarşısını almaq lazımdır. Yəni sosial strukturların, hüquq-mühafizə orqanlarının işi cinayət baş vermədən bunu önləməkdir. Hansı profilaktik tədbirlər görülür ki, insanlar polisdən qorxmasın?
Ümumiyyətlə, hansısa cinayət hadisəsi baş verəndə məlumat almaq üçün ilk öncə insanların qonşularına müraciət edilir. Ancaq qonşular məlumat vermir. Bizdə belə bir anlayış var ki, əgər mən qonşum haqqında hansısa bir məlumat versəm mənə satqın deyərlər. Halbuki bu yanlış bir fikirdir. Gərək hüquq-mühafizə orqanları insanlarla sıx əməkdaşlıq etsin. Cinayət baş verməmişdən əvvəl onlarda məlumat olmalıdır. Məsələn, qonşu qonşunu hədələyir, amma bunu heç kim gedib polisə çatdırmır və nəticədə hansısa cinayət halı baş verir. Amma Avropada belə bir şey olanda o dəqiqə zəng edib polisə xəbər verirlər. Ən vacib bir məqama da toxunmaq istərdim. Hərdən görürük ki, hansısa bir insan itin, pişiyin başını kəsir, öldürür. Həmin əməli törədənə qarşı cinayət işi qaldırıla bilər. Ancaq bunu etmirlər. Xatırlayırsınızsa, təzə bazarda körpə bir iti doğrayıb, ayaqlarını kəsmişdilər. Ancaq bu əməli törədən insan pul verməklə canını qurtardı və cəzalandırılmadı. Amma nəzərə almaq lazımdır ki, bu gün itin, pişiyin başını kəsib, doğrayan şəxs sabah eyni əməli insanların da üzərində edə bilər. Ona görə həmin şəxslər cəzalanmalıdır. Bundan başqa, bəzi adamlar "avtoşluq" edənlərə rəğbət bəsləyir. Amma düşünmürlər ki, sabah həmin "avtoşluq" edənlər onların doğmalarını vura bilər.
Bu barədə heç kim yazmır, danışmır ki, bunun qarşısı alınsın. İnsanlar niyə susur? Çünki onlarda ciddi kompleks var. Bu gün Azərbaycan cəmiyyətində psixopatların sayı günü-gündən artır. Məsələn, yol polisinin sürücünü təhqir etdiyini əks etdirən bir video yayımlanıb. Baxanda görünür ki, bu polis psixopatdır. Maraqlı sual isə budur ki, o psixopatın polis sıralarında nə işi var? Bu cür insanlar sabah bizi qoruya bilərmi? Bu gün Azərbaycan cəmiyyətində mədəniyyət deyə bir şey yoxdur. Buna görə də aqressivlik artıb. Aqresiya isə zaman-zaman cinayət hallarının artmasına səbəb olur. Boğaz kəsmək kimi tükürpədici dəhşətli cinayətlərin baş verməsinə səbəb yalnız aqressiya deyil. Xarici telekanallarda göstərilən manyakların, filmlərin də təsiri var".
"Yeni Müsavat"
DİGƏR XƏBƏRLƏR
-
Sabah Abşeron çimərliklərində hava necə olacaq?
-
Buraxılış imtahanlarının əlavə mərhələsi keçirilib - Nəticələr 5 günə açıqlanacaq
-
Uçan maşınlar satışa çıxdı: Qiyməti açıqlandı
-
Hava kəskin dəyişir: Qar yağacaq - Proqnoz
-
Avropa təcrübəsindən Azərbaycanın haqlı mövqeyinə baxış: Şuşanın daşlarına yazmaq niyə xatirə yox, irsə müdaxilədir?
-
BDYPİ sürücülərə müraciət etdi
XƏBƏR LENTİ
-
Sabah Abşeron çimərliklərində hava necə olacaq?
-
İranda “İqtisadi Hərbi Qərargah” yaradıldı
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Pakistan və Türkiyə XİN rəhbərləri Məkkə sazişini müzakirə etdilər
-
"Qarabağ"ın sabiq futbolçusu istefa verdi
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar - (Video/Foto)
-
Stiv Uitkoff və Cared Kuşner Kiyevə səfər etdi
-
“Tottenhem” 53 illik antirekordu təkrarladı
-
Naxçıvanda zəncirvari qəza olub, xəsarət alanlar var
-
Buraxılış imtahanlarının əlavə mərhələsi keçirilib - Nəticələr 5 günə açıqlanacaq
-
Azərbaycan millisinin qapıçısı bu kluba keçdi
-
“A.B.İ.” serialının ikinci mövsümünün yayım tarixi açıqlanıb
-
Uçan maşınlar satışa çıxdı: Qiyməti açıqlandı
-
Almaniya dron və kiberhücumlara qarşı müdafiəni gücləndirir
-
Hava kəskin dəyişir: Qar yağacaq - Proqnoz
-
Vulkan püskürməsi İndoneziyada aviareysləri iflic etdi
-
Cəlilabad sakini Astarada faciəvi şəkildə öldü
-
Kabo-Verdedə faciə: Avtobus 30 metr hündürlükdən dərəyə yuvarlandı
-
Trampın bəyənilmə reytinqi rekord dərəcədə aşağı düşüb
-
Sara Xəlifə ölüm cəzasına məhkum edildi
-
Prezident İlham Əliyev: Azərbaycan-Esvatini münasibətlərinin inkişaf etdirilməsi üçün yaxşı şərait formalaşıb
-
Avropa təcrübəsindən Azərbaycanın haqlı mövqeyinə baxış: Şuşanın daşlarına yazmaq niyə xatirə yox, irsə müdaxilədir?
-
Selen Öztürk yeni serialla ekranlara qayıdır
-
Prezident İlham Əliyev Esvatininin Kralına təbrik məktubu ünvanlayıb





