Bir neçə gün öncə öz doğma bacısının başını kəsərək qətlə yetirən bir gənc qızın cinayəti nəinki ölkə gündəmini, hətta Türkiyə mətbuatını da silkələdi. Psixologiyada bu kimi hadisələrin səbəbini ilk dəfə Z.Freyd izah edib. Bütün dünyada analitik yanaşma kimi qəbul olunan Freyd nəzəriyyəsinə görə, uşaqlıqda yaşanan hadisələr, sıxışdırılmış arzu və istəklər, israf olunmamış nifrət, kin, hiddət, qəzəb, qisas, ödənilməmiş tələbatlar insanın gələcək həyatında arzuolunmaz məcraya yönələrək assosial motivlər yaradır.Dəyanət Rzayev: "Boğaz kəsmə cinayətlərinin artmasında həm İŞİD, həm də digər amillər mühüm rol oynayır"